...

Prezident İlham Əliyev Dünya Gömrük Təşkilatının baş katibini qəbul edib

Siyasət Materials 13 Aprel 2012 13:35 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 13-də Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı qəbul etmişdir
Prezident İlham Əliyev Dünya Gömrük Təşkilatının baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 13-də Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı qəbul etmişdir.

Azərbaycanın Dünya Gömrük Təşkilatının çox fəal üzvü olduğunu vurğulayan Prezident İlham Əliyev Dünya Gömrük Təşkilatı Avropa regionu gömrük xidmətləri rəhbərlərinin növbəti 2012-ci il konfransının Bakıda keçirilməsinin önəmini qeyd etdi. Dövlətimizin başçısı Dünya Gömrük Təşkilatı Avropa regionu gömrük xidmətləri rəhbərlərinin Bakı konfransının Azərbaycan ilə bu təşkilat arasında əməkdaşlığın daha da gücləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Azərbaycanın iqtisadi cəhətdən sürətlə inkişaf etdiyini vurğulayan Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya ölkəmizə səfərindən məmnunluğunu bildirdi. O, Prezident İlham Əliyevin dəstəyi ilə ötən il Bakıda "Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə" mövzusunda uğurla keçən beynəlxalq konfransın Dünya Gömrük Təşkilatı üçün çox faydalı olduğunu dedi və həmin tədbirin nəticələri əsasında Brüsseldə mötəbər bir konfransın təşkil olunduğunu qeyd etdi.

Görüşdə ölkəmizin Dünya Gömrük Təşkilatı ilə əməkdaşlığının daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı.

Xəbər lenti

Xəbər lenti