...

Kurqan vilayəti və Azərbaycan gənclərinin gələcək əməkdaşlığının perspektivləri müzakirə olunub (FOTO)

Siyasət Materials 26 Aprel 2012 11:49 (UTC +04:00)
Rusiyanın Kurqan vilayətinin gəncləri ilə Azərbaycan gənclərinin gələcək əməkdaşlığının perspektivləri müzakirə olunub.
Kurqan vilayəti və Azərbaycan gənclərinin gələcək əməkdaşlığının perspektivləri müzakirə olunub (FOTO)

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir E.Mehdiyev/

Rusiyanın Kurqan vilayətinin gəncləri ilə Azərbaycan gənclərinin gələcək əməkdaşlığının perspektivləri müzakirə olunub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, nazir müavini İntiqam Babayev Kurqan vilayətinin Baş təhsil idarəsinin rəis müavini Lyubov Bobkovanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı qarşılıqlı olaraq hər iki ölkənin gənclər siyasəti sahəsində görülmüş işlər haqqında məlumat verilib və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib. Görüşün sonunda qonaqlara hədiyyələr təqdim olunub.

Xəbər lenti

Xəbər lenti