Azərbaycan, Bakı, 10 may /Trend/
Çərşənbə axşamı Demokrat partiyasından olan konqresmen Cerald Konolli (Gerald Connolly) ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupuna qoşulub.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, Konolli 2008-ci ildə Konqresə seçilmişdir və Virciniya ştatının 11-ci seçki dairəsini təmsil edir. O, Konqresin nüfuzlu Xarici Məsələlər və Nəzarət və Hökumət İslahatları Komitələrinin üzvüdür.