...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir qrup əməkdaşı təltif edilib

Siyasət Materials 22 May 2012 18:29 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir qrup əməkdaşı təltif edilib

Azərbaycan, Bakı, 22 may /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanda ətraf mühitin qorunmasında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

"Tərəqqi" medalı ilə

Cahangirov Əli Qulu oğlu
Əlipoladov Mahmud Əhmədbəy oğlu
Kərimov Eldar Vəli oğlu
Muradov Azərçin Sabir oğlu
Rəsulov Niymət Şövkət oğlu
Şirinov Anatoliy Müseyib oğlu (ölümündən sonra)
Verdiyev Asif Həmid oğlu
Zeynalov Telman Səlim oğlu

"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə

İslamlı Nazir Niyazi oğlu
Zahidli Qəhrəman Hüseyn oğlu

Dövlət başçısının digər sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına "Əməkdar Mühəndis" fəxri adı verilib.

Sərəncamda qeyd edilir ki, Azərbaycanda ətraf mühitin qorunmasında xidmətlərinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aşağıdakı əməkdaşlarına "Əməkdar Mühəndis" fəxri adı verilsin:

Ramazanov Xəlil Ramazan oğlu
Rəsulov Azad Hüseyn oğlu

Xəbər lenti

Xəbər lenti