...

BƏƏ Azərbaycanla əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlıdır

Siyasət Materials 25 May 2012 17:13 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat nazirinin müavini Məhəmməd Əhməd bin Əbdul Əziz Al Sihhinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
BƏƏ Azərbaycanla əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlıdır

Azərbaycan, Bakı, 25 may /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat nazirinin müavini Məhəmməd Əhməd bin Əbdul Əziz Al Sihhinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, BƏƏ iqtisadiyyat nazirinin müavini ölkəmiz üçün belə əlamətdar bir vaxtda Azərbaycanda olmasından məmnunluq hissi keçirdiyini bildirib və "Eurovision 2012" mahnı müsabiqəsinin bu cür möhtəşəm keçirilməsi münasibətilə ölkəmizi təbrik edib.

BƏƏ ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrin hazırda ən yüksək səviyyədə olduğunu qeyd edən nazir müavini BƏƏ şirkətlərinin ölkəmizdə uğurlu layihələr həyata keçirdiyini və gələcəkdə ölkəsinin Azərbaycanla iqtisadiyyatın bütün sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduğunu bildirib. O, yaxın zamanlarda Azərbaycanda yaradılması planlaşdırılan BƏƏ Ticarət və Sənaye Palatasının Nümayəndəliyinin bu işdə böyük rol oynayacağından əminliyini vurğulayıb.

Öz növbəsində, Məmmədyarov bu marağın qarşılıqlı olduğunu bildirib, əlaqələrin daha da dərinləşməsi üçün konkret layihələrin həyata keçirilməsinin vacibliyi fikrini bölüşdüyünü qeyd edib.

Azərbaycanın çoxşaxəli enerji strategiyası haqqında nümayəndə heyətinə məlumat verən nazir, iki ölkə arasında iqtisadi əlaqələrin yalnız neft sahəsində deyil, həmçinin qeyri-neft sektorunda da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti