Azərbaycan, Bakı, 30 may /Trend, müxbir T. Cəfərov/
Azərbaycan İrandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.
Səfir Cavanşir Axundov çərşənbə günü Bakıya yollanıb. Bunu Trend-ə çərşənbə günü səfirlikdən bildiriblər.
Bir müddət əvvəl İran Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhramini məsləhətləşmələr üçün Tehrana geri çağırmışdı.
Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev səfirin şəxsi məsələ ilə bağlı Bakıya gəldiyinin mümkünlüyünü istisna etməyib.