...

Əli Həsənov: Azərbaycan “Eurovision” müsabiqəsinin ən yaxşı nümunəsini ortaya qoyub

Siyasət Materials 31 May 2012 11:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan "Eurovision" mahnı yarışmasında təhlükəsizliyi yüksək səviyyədə təşkil etdi. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

"Biz dövlət olaraq Azərbaycana gələn bütün iştirakçıların təhlükəsizliyinə zəmanət vermişdik. Bütün hüquq-mühafizə orqanları gücləndirilmiş rejimə keçmişdi. Bunun nəticəsi olaraq terror və "Eurovision" müsabiqəsinin pozulması cəhdlərinin qarşısı alındı", - Həsənov vurğulayıb.

PA rəsmisi onu da bildirib ki, Azərbaycan "Eurovision" müsabiqəsinin ən yaxşı nümunəsini ortaya qoyub.

Xəbər lenti

Xəbər lenti