Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir M.Əliyev/
Kolumbiya Senatı tərəfindən "Kolumbiya və Azərbaycan Respublikası arasında Dostluq Qrupu"nun yaradılması barədə Qətnamə qəbul edilib.
Azərbaycanın Meksikadakı səfirliyindən şənbə günü Trend-ə daxil olan məlumata görə, Kolumbiya-Azərbaycan Dostluq Qrupuna Senatın prezidenti Xuan Manuel Korso Roman (Juan Manuel Corzo Roman) və Kolumbiya Senatında 2012-ci ilin mart ayında qəbul edilmiş Azərbaycan Respublikası ərazisinin işğal edilməsi və Xocalı soyqırımı barədə Qərarın müəllifi, senator Aleksandra Moreno Pirakive (Alexandra Moreno Piraquive) daxildirlər.