Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir T.Cəfərov/
İran Silahlı Qüvvələrinin Quru Qoşunları ölkənin Kirmanşah əyalətində təlimlərə başlayıb. Trend-in məlumatına görə, bu barədə İLNA agentliyi xəbər verir.
İran SQ-nin Quru Qoşunları komandirinin əməliyyatlar üzrə müavini Qulaməli Qulamian bildirib ki, təlimlər hərbi hazırlıq və gücün artırılması məqsədi ilə keçirilir.
Beş gün davam edəcək təlimlərdə 4 divizion, iki müstəqil briqada və 2 artilleriya briqadası iştirak edir.