...

Prezident İlham Əliyev Hacıqabulda Şirvan-Muğan qrup su kəmərinin təməlqoyma mərasimində iştirak edib (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 16 İyul 2012 17:24 (UTC +04:00)
İyulun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabulda Şirvan-Muğan qrup su kəmərinin təməlqoyma mərasimində iştirak etmişdir.
Prezident İlham Əliyev Hacıqabulda Şirvan-Muğan qrup su kəmərinin təməlqoyma mərasimində iştirak edib (ƏLAVƏ OLUNUB) (FOTO)

Prezident İlham Əliyevin çıxışı əlavə olunub (ilk xəbər saat 12:21-də yayılıb)

Azərbaycan, Bakı, 16 iyul /Trend/

İyulun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabulda Şirvan-Muğan qrup su kəmərinin təməlqoyma mərasimində iştirak etmişdir.

Dövlətimizin başçısı Şirvan-Muğan qrup su kəmərinin planını və texniki göstəricilərini əks etdirən stendlərə baxdı.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə məlumat verdi ki, Kür-Bakı su kəmərlərindən biri ilə nəql edilən su Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin Salyanda 41, Neftçalada 44, Biləsuvarda 23, Sabirabadda 13 - ümumilikdə 121 kəndin tələbatının ödənilməsinə yönəldiləcəkdir. Ümumilikdə, Şirvan-Muğan qrup su kəmərinin istismara verilməsi ilə 470 min insan keyfiyyətli və fasiləsiz su ilə təmin olunacaqdır. Magistral kəmərin çəkilişi ilə yanaşı, hər bir şəhərdə içməli su və kanalizasiya şəbəkəsi müasir standartlara uyğun yenidən qurulacaq, çirkab sularını təmizləyən qurğu inşa ediləcəkdir. Layihəyə uyğun olaraq Şirvan-Muğan qrup su kəmərinin inşası 2013-cü ilin sonuna qədər yekunlaşacaqdır.

Sonra Azərbaycan Prezidenti Şirvan-Muğan qrup su kəmərinin təməlini qoydu. Dövlətimizin başçısı beton qarışığı tökən qurğunun düyməsini basdı.

Dövlətimizin başçısı su kəmərinin tikintisində istifadə olunacaq inşaat materiallarına və avadanlığa baxdı.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış etdi.

Bu günü ölkənin həyatında əlamətdar gün kimi qiymətləndirən dövlətimizin başçısı yeni layihənin təməl daşının qoyulması münasibətilə təbriklərini çatdırdı.

Son illərdə respublikamızda su və kanalizasiya layihələrinin uğurla icra edildiyini vurğulayan Prezident İlham Əliyev bildirdi ki, əsas vəzifə bir neçə ildən sonra Azərbaycanın bütün su və kanalizasiya layihələrinin reallaşdırılmasını başa çatdırmaqdır.
Ölkəmizdə həyata keçirilən digər layihələrdən də danışan Prezident İlham Əliyev qeyd etdi ki, enerji ehtiyatlarımız Azərbaycanın enerji təhlükəsizliyini təmin etməyə tam şəkildə imkan yaradır. Ölkənin bütün ərazisinin təbii qaz ilə təchizatını nəzərdə tutan layihələr uğurla icra edilir. Gələn il qazlaşdırmanın 95 faizə çatdırılması nəzərdə tutulmuşdur. Kənd yollarının tikintisi ilə bağlı ciddi tədbirlər görülür. Prezidentin ehtiyat fondundan ayrılan vəsait ilk növbədə məhz bu işlərə yönəlmişdir.

Dövlətimizin başçısı vurğuladı ki, həm Bakıda, həm bölgələrdə yaradılan və müasir standartlara cavab verən su xətləri insanların sağlamlığına mühüm töhfədir. Buna misal olaraq Prezident İlham Əliyev Oğuz-Bakı-Qəbələ su kəmərinin Bakının su təchizatında həlledici rola malik olduğunu qeyd etdi.

Sonra "Azərsu" ASC-nin prezidenti Qorxmaz Hüseynov, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov, Şirvan şəhər sakini Aynurə Rzayeva və Salyan rayon Qızılağac bələdiyyəsinin sədri Bünyad Yolçuyev respublikamızın regionlarında mövcud problemlərin ardıcıllıqla aradan qaldırılmasına, əhalinin məişət şəraitinin durmadan yaxşılaşdırılmasına göstərdiyi sonsuz diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Sonda Azərbaycan dövlətinin başçısı Şirvan-Muğan qrup su kəməri layihəsinin əhatə etdiyi altı rayonun sakinlərini bir daha təbrik etdi və xoş arzularını çatdırdı.

Xəbər lenti

Xəbər lenti