...

İlham Əliyev Hindistan Prezidentini təbrik edib

Siyasət Materials 27 İyul 2012 16:26 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Hindistan Respublikasının Prezidenti Pranab Mukherciyə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Hindistan Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 27 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Hindistan Respublikasının Prezidenti Pranab Mukherciyə təbrik məktubu ünvanlayıb.

"Hindistan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Hindistan dostluğu və əməkdaşlığı, dövlətlərarası münasibətlərimiz xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Pranab Mukherciyə möhkəm cansağlığı, xoşbəxtlik, dost Hindistan xalqının rifahı naminə qarşıdakı fəaliyyətində uğurlar diləyib.

Xəbər lenti

Xəbər lenti