...

Azərbaycan Prezidenti Zərdabda Gənclər Mərkəzinin açılışında iştirak edib (FOTO)

Siyasət Materials 7 Oktyabr 2012 22:03 (UTC +04:00)
Prezident İlham Əliyev bazar günü Zərdabda Gənclər Mərkəzinin açılışında iştirak edib.
Azərbaycan Prezidenti Zərdabda Gənclər Mərkəzinin açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Prezident İlham Əliyev bazar günü Zərdabda Gənclər Mərkəzinin açılışında iştirak edib.
Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Mərkəzdə yaradılan şəraitlə tanışlıq zamanı məlumat verildi ki, Heydər Əliyev Parkında yeni inşa olunan Gənclər Mərkəzinin həyətində XXX London Yay Olimpiya Oyunlarının qaliblərinin və olimpiya komandamızın Prezident İlham Əliyev ilə görüşlərini əks etdirən fotostend yaradılmışdır. Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyətlərinin müxtəlif məqamlarını, Zərdaba səfərlərini əks etdirən fotolardan ibarət guşələr vardır.

Qeyd olundu ki, Gənclər Mərkəzinin tikintisinə ötən ilin iyulunda başlanılmışdır. Birmərtəbəli binanın ümumu sahəsi 615,5 kvadratmetrdir. Mərkəzin inşaat işləri Prezident İlham Əliyevin Zərdaba səfərindən sonra imzaladığı 2011-ci il 11 may tarixli Sərəncamı ilə ayrılan 2 milyon manat vəsait hesabına aparılmışdır. Bütün lazımi avadanlıqla təchiz edilən on otaq və rəqs zalından ibarət mərkəzdə gənclər öz asudə vaxtlarını maraqlı keçirə bilərlər. Kinozalda müxtəlif filmlərin nümayişi nəzərdə tutulmuşdur. Burada ayrıca kompyuter otağı da vardır. Bütün kompyuterlər sürətli internetə qoşulmuşdur. Mərkəzdə kompyuter, dərzilik kursları musiqi dərnəkləri təşkil olunacaqdır. Binadakı kafe-barda gənclərin istirahəti üçün hər cür şərait yaradılmışdır.

Dövlətimizin başçısı mərkəzin rəqs zalı ilə tanış oldu. Burada atıcılıq otağı və bilyard zalı fəaliyyət göstərir. Ümumilikdə Mərkəz gənclərin asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayacaqdır.

Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.

Xəbər lenti

Xəbər lenti