...

Milli Məclis sədri: Bəzən Azərbaycan Parlamentinə qarşı məsələləri şişirtmək istəyirlər (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 16 Oktyabr 2012 12:48 (UTC +04:00)
Milli Məclisin bugünkü iclasında deputat Fazil Mustafa sabiq millət vəkili Gülər Əhmədova ilə bağlı mətbuatda gedən bəzi yazılara münasibətini açıqlayıb.
Milli Məclis sədri: Bəzən Azərbaycan Parlamentinə qarşı məsələləri şişirtmək istəyirlər (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir M.Əliyev/

Milli Məclisin bugünkü iclasında deputat Fazil Mustafa sabiq millət vəkili Gülər Əhmədova ilə bağlı mətbuatda gedən bəzi yazılara münasibətini açıqlayıb. Gülər Əhmədovanın adını çəkmədən danışan Mustafa deyib ki, bir deputata görə bütün parlamenti hədəfə almaq olmaz.

"Biz buna cavab verməliyik. Özləri göstərişlə hərəkət edənlər iddia edirlər ki, guya deputatlara göstəriş verilib ki, bu mövzu barədə danışmayaq. Axı kimə göstəriş verilib? Onsuz da
bu məsələ ilə bağlı mətbuatda açıqlamalar veririk. Bir millət vəkilinin hərəkətinə görə bütün deputatlara hörmətsizlik edirlər, parlamentin buraxılmasını tələb edirlər. Belə tələblə çıxış etmək olar. Amma bir millət vəkilinə görə yox. Bir redaktorun nalayiq hərəkətlərinə görə "Azadlıq" qəzeti, yaxud AXCP fəaliyyətini dayandırdı ki, parlament də buraxılsın?!", - o, bildirib.

Məsələyə deputat Sahib Alıyev də münasibət bildirib.

"Parlamentin qarşısında etiraz etmək istəyirlər. Nəyə etiraz edəcəklər? Ona etiraz edəcəklər ki, bir nəfər rüşvətlə deputat olmaq istəsə də, ola bilməyib?", - Alıyev deyib.

MM sədri Oqtay Əsədov da sabiq deputat Gülər Əhmədova ilə bağlı mətbuatda yazılanlara münasibət bildirib.

"Bəzən Azərbaycan Parlamentinə qarşı məsələləri şişirtmək istəyirlər. Bu məsələni şişirtmək və şouya çevirmək lazım deyil. Gülər xanımla bağlı məsələyə artıq aydınlıq gəlib, məsələ ilə bağlı ümumi iş açılıb, özü ərizə ilə MSK-ya müraciət edib və mandatı ləğv edilib. İş gedir, məsələ gündəmdədir. Məsələni şişirdib şou düzəltmək düzgün deyil", - Əsədov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti