...

Azərbaycan “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Konvensiyaya etdiyi qeyd-şərtləri geri götürüb

Siyasət Materials 18 Oktyabr 2012 00:14 (UTC +04:00)
Prezident İlham Əliyev "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" Konvensiyaya Azərbaycan tərəfindən edilmiş qeyd-şərtlərin geri götürülməsi barədə qanunu təsdiq edib.
Azərbaycan “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Konvensiyaya etdiyi qeyd-şərtləri geri götürüb

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

Prezident İlham Əliyev "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" Konvensiyaya Azərbaycan tərəfindən edilmiş qeyd-şərtlərin geri götürülməsi barədə qanunu təsdiq edib.

Qanuna əsasən, Azərbaycan Respublikasının 2003-cü il 30 dekabr tarixli 570-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" Konvensiyanın 5-ci, 6-cı, 10-cu və 12-ci maddələrinə Azərbaycan Respublikası tərəfindən edilmiş qeyd-şərtlər geri götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti