...

İtaliyada “Azərbaycan: Gələcəyi təsəvvür etmək” adlı təqdimat keçirilib (FOTO)

Siyasət Materials 19 Oktyabr 2012 01:42 (UTC +04:00)
İtaliyanın Roma şəhər meriyasının təşəbbüsü ilə təşkil edilən “Diplomatiya festivalı” (Festival della Diplomazia) çərçivəsində Azərbaycanın İtaliyadakı Səfirliyinin dəstəyi ilə “Azərbaycan: Gələcəyi təsəvvür etmək” (Azerbaigian: Immaginare il futuro ) adlı təqdimat keçirilib.
İtaliyada “Azərbaycan: Gələcəyi təsəvvür etmək” adlı təqdimat keçirilib (FOTO)

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

İtaliyanın Roma şəhər meriyasının təşəbbüsü ilə təşkil edilən "Diplomatiya festivalı" (Festival della Diplomazia) çərçivəsində Azərbaycanın İtaliyadakı Səfirliyinin dəstəyi ilə "Azərbaycan: Gələcəyi təsəvvür etmək" (Azerbaigian: Immaginare il futuro ) adlı təqdimat keçirilib.

Azərbaycanın İtaliyadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə çoxsaylı KİV nümayəndələri, akademik dairələrin nümayəndələri, iş adamları və xarici ölkələrin İtaliyadakı diplomatik nümayəndəliklərinin əməkdaşları iştirak etmişlər.

Tədbir Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovun çıxışı ilə başlamış və daha sonra digər natiqlər çıxış etmişlər. Çıxışçılar sırasında əsas məruzəçi BDU-nun beynəlxalq münasibətlər kafedrasının müəllimi Bəxtiyar Aslanbəyli, Roma merinin diplomatik müşaviri Filippo La Roza, İtaliyanın aparıcı qəzetlərdən biri olan "Solo 24 Ore" qəzetinin xarici siyasət məsələləri üzrə jurnalisti Alberto Neqri, İtaliyanın Beynəlxalq Əlaqələr İnstitutunun Qafqaz bölgəsi üzrə tədqiqatçısı Nona Mikelidze və İtaliya-Azərbaycan İqtisadi Assosiasiyasının sədri Manuela Traldi olmuşdur.

Bəxtiyar Aslanbəyli öz çıxışında Azərbaycanın qədim tarixi, mədəniyyəti, ölkəmizin ənənəvi dini dözümlülüyü, Dağlıq Qarabağ Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, münaqişənin sülh yolu ilə həlli üçün aparılan danışıqlar prosesi, danışıqların hazırkı vəziyyəti, enerji siyasəti və Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın təşəbbüskarı olduğu layihələr barədə tədbir iştirakçılarına geniş məlumat verdi.

Bundan sonra, digər çıxışçılar Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycanla ilə İtaliya arasında tarixi-mədəni, iqtisadi əlaqələrdən və Ermənistan-Azərbaycan münaqişəsinin ölkəmizə və ümumiyyətlə bölgənin təhlükəsizliyinə vurduğu ziyandan danışdılar.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar çıxışçılar tərəfindən cavablandırıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti