...

Azərbaycan NATO-ya tranzit daşınma imkanlarını təqdim edib

Siyasət Materials 5 Noyabr 2012 18:18 (UTC +04:00)
Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov və nəqliyyat nazirinin müavini Musa Pənahov NATO-nun mənzil qərargahında olublar.
Azərbaycan NATO-ya tranzit daşınma imkanlarını təqdim edib

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov və nəqliyyat nazirinin müavini Musa Pənahov NATO-nun mənzil qərargahında olublar.

Аzərbaycanın NATO yanında nümayəndəliyindən Trend-ə verilən məlumata görə, səfərin məqsədini Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələrinin (ISAF) iştirakçı dövlətlərinə 2014-cü ildə ISAF əməliyyatının başa çatması ilə əlaqədar Əfqanıstandan geriyə çıxarılacaq hərbi heyət, sursat və avadanlıqların Azərbaycan, Gürcüstan və Türkiyənin üzərindən tranzit daşınma imkanlarına dair məlumatın verilməsi təşkil edib.

Türkiyə və Gürcüstanın yüksək səviyyəli rəsmiləri ilə birgə edilmiş təqimatda Azərbaycan, Gürcüstan və Türkiyənin quru, hava və dəniz tranzit yolları, mövcud və inşa edilən nəqliyyat şəbəkəsi (Bakı-Tbilisi-Qars dəmir yolu və s.), infrastruktur (beynəlxalq hava və dəniz limanları, o cümlədən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı) və imkanlara dair müfəssəl məlumat verilib və müvafiq bölgələrin gələcək iqtisadi inkişafını nəzərdə tutan, həmçinin siyasi, təhlükəsizlik və maliyyə baxımından etibarlı və sərfəli tranzit xəttini təşkil edən müvafiq yolun təmin edilməsində hər üç ölkənin birgə öhdəlik götürdüyü qeyd olunub.

Geriyə daşınmanın ISAF ölkələri üçün olduqca aktual və önəmli olmasını nəzərə alaraq, sözügedən təqdimat NATO üzvləri və ISAF tərəfdaşları tərəfindən böyük maraqla qarşılanıb və təklif olunan tranzit imkanları yüksək dəyərləndirilib.

Xarici işlər nazirinin müavini Araz Əzimovun NATO-nun mənzil qərargahına səfəri çərçivəsində onun NATO-nun bır sıra yüksək vəzifəli şəxsləri ilə ikitərəfli görüşləri keçirilib. Görüşlərdə Azərbaycan-NATO tərəfdaşlıq məsələləri, regional təhlükəsizlik və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti