...

Baş nazir: İraq Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasını istəyir

Siyasət Materials 6 Noyabr 2012 10:57 (UTC +04:00)
İraqla Türkiyənin münasibətlərini yaxşı adlandırmaq olmaz və Bağdad onların müəyyən şərtlərlə yaxşılaşmasını istərdi. Bunu İraqın Baş naziri Nuri əl-Maliki bəyan edib.
Baş nazir: İraq Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasını istəyir

Azərbaycan, Bakı, 6 noyabr / Trend, müxbir A.Axundov /

İraqla Türkiyənin münasibətlərini yaxşı adlandırmaq olmaz və Bağdad onların müəyyən şərtlərlə yaxşılaşmasını istərdi. Bunu İraqın Baş naziri Nuri əl-Maliki bəyan edib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Anadolu agentliyi xəbər verib.

"Bağdad Ankaranın İraqın işlərinə müdaxilə etməməsi və bizim hava sərhədlərimizi pozmaması şərtilə Türkiyə ilə münasibətlərin yaxşılaşmasını arzulayır", - Maliki bildirib.

Baş nazirin sözlərinə görə, İraq hökumətinin həbs olunması barədə qərar çıxardığı şəxsin Türkiyədə gizlənməsi faktı iki ölkə arasındakı münasibətlərə ziyan vurur.

Bununla yanaşı, Maliki bildirib ki, ikitərəfli münasibətlərin yaxşılaşması üçün Ankara müəyyən addımlar atır: "Lakin bu azdır. İraq ilk növbədə öz suverenliyinə hörmət tələb edir".

Son vaxtlar İraqla Türkiyə arasındakı münasibətlərdə gərginlik müşahidə olunur. Maliki bir müddət əvvəl bəyan etmişdi ki, Türkiyə "hökmran olmaq və qonşularının işinə müdaxilə etmək cəhdləri ucbatından" bütün regionun dövlətlərinin düşməninə çevrilir.

Buna cavab olaraq Ərdoğan bildirmişdi ki, İraq qonşu ölkəni düşmənçilikdə ittiham etməkdənsə, öz daxili işlərini qaydaya salmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti