Prezident İlham Əliyev: Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları gəlir əldə edilməsi baxımından ikinci sektor olmalıdır (FOTO)

Prezident İlham Əliyev: Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları gəlir əldə edilməsi baxımından ikinci sektor olmalıdır (FOTO)

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Noyabrın 6-da Bakı Sərgi Mərkəzində "BakuTel-2012" XVIII Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılıb.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgi ilə tanış olublar.

"BakuTel" sərgisi Xəzər və Qafqaz regionlarında telekommunikasiya, o cümlədən informasiya texnologiyaları sahəsində ən böyük tədbirdir. Artıq 18-ci dəfədir baş tutan "BakuTel" sərgisi keçirildiyi illər ərzində telekommunikasiya bazarında mühüm hadisəyə çevrilib. "BakuTel" sərgisinin beynəlxalq nüfuzu BMT, Beynəlxalq Telekommunikasiya İttifaqının dəstəyi, həmçinin Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının keyfiyyət nişanı ilə təsdiq olunub.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov dövlətimizin başçısının diqqətinə çatdırdı ki, "BakuTel-2012" sərgisində dünyanın 23 ölkəsindən 160 şirkət iştirak edir. Xarici iştirakçıların siyahısına Böyük Britaniya, Rusiya, Türkiyə, Çin, Koreya Respublikası, Malayziya, Litva, İran, Sloveniya, Ukrayna, Belarus və digər ölkələr daxildir. Kollektiv stendlərin fəal iştirakı artıq "BakuTel" sərgisinin ənənəsinə çevrilib. Bu il sərgidə 8 kollektiv ekspozisiya iştirak edir. Onların arasında sərginin daimi iştirakçıları olan Avstriya, İsrail, Kanada, Fransa, Xorvatiya və Estoniyanın milli qrupları var. Milli qruplar Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, həmçinin təmsil olunmuş ölkələrin müvafiq profilli strukturlarının dəstəyi ilə təşkil edilib. Bu stendlərdə ziyarətçilərin diqqətinə təkcə Azərbaycan üçün deyil, həm də bütövlükdə Xəzəryanı region üçün yenilik sayılan maraqlı proqramlar təqdim olunur və İKT üzrə məhsul və xidmətlərin təqdimat mərasimləri keçirilir. Sərginin iştirakçıları portativ mobil və analoq radiostansiyalar, smartfonlar, telefonlar, planşet kompüterlər, telekommunikasiya sistemləri üçün müasir test və ölçü avadanlığı, habelə texnoloji yeniliklər və bir sıra digər məhsullar da nümayiş etdirirlər.

Bildirildi ki, budəfəki sərginin ekspozisiyası telekommunikasiya və şəbəkələr, genişzolaqlı kabel və simsiz rabitə, peyk rabitəsi və texnologiyalar, teleradio yayım avadanlığı, proqram təminatı və avtomatlaşdırma sistemləri, informasiya və ofis texnologiyaları kimi seqmentləri əhatə edir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərginin pavilyonları ilə tanış oldu.

Vurğulandı ki, "BakuTel" sərgisində ilk dəfə əhaliyə göstərilən dövlət xidmətlərinin yeni keyfiyyətinin formalaşması, onların identikliyinin təmin olunması, habelə əlavə xərclərin və vaxt itkisinin azaldılması üçün nəzərdə tutulmuş "ASAN" mərkəzləri iştirak edir.

Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzi isə öz yeni məhsulları ilə sərgiyə qatılıb. Buraya ağ işıq diodları, nanofosforlar və bionanotexnologiyalar daxildir.

Xarici ölkələrin pavilyonları ilə tanışlıq zamanı dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, bu il sərgidə ilk dəfə iştirak edən Sloveniya 8 şirkətlə təmsil olunur.

Prezident İlham Əliyevə bu şirkətlərin məhsulları və onların perspektivləri, o cümlədən Cənub-Şərqi Avropa üzrə "Elektron hökumət"in inkişafı mərkəzinin məqsədləri və layihələri barədə məlumat verildi.

"Bakutel-2012" beynəlxalq sərgisində Avstriyanın şirkətlər qrupu hava hərəkətinin idarə olunması, ictimai təhlükəsizlik və nəqliyyat sistemlərinin istehsalı ilə bağlı məhsullarını təqdim edirlər.

Dövlətimizin başçısına telekommunikasiya və genişzolaqlı internetin inkişafı layihəsi barədə məlumat verildi. Qeyd edildi ki, 2013-2015-ci illəri əhatə edən bu layihə gələcəkdə ölkə üzrə bütün yaşayış məntəqələrinin fiber-optik kabel şəbəkəsi ilə təmin olunmasını, əhali arasında elektron xidmətlərdən istifadənin genişləndirilməsini nəzərdə tutur.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva "Delta Telekom" MMC-nin fəaliyyətindən bəhs edən pavilyonda oldular.

Bildirildi ki, regionun ən iri telekommunikasiya operatorlarından olan "Delta Telekom" rabitə və telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə görə ən etibarlı infrastruktura malikdir. DWDM şəbəkə texnologiyalarında ən yeni nəsil olan ASON/GMPLS əsaslı infrastruktur üzərindən regionun tranzit tutumlarını daşıyan "Delta Telekom" dayanıqlı supermagistrala sahibdir. Qeyd edildi ki, regionun ən iri internet supermagistralı da "Delta Telekom"a məxsusdur.

Bu sərgidə Azərbaycanın ilk mobil operatoru olan "Bakcell" şirkətinin də öz yenilikləri ilə tanış olmaq mümkündür. Şirkət sərgidə mobil telefonlar üçün İçərişəhər ərazisinə aid yeni bələdçi proqramını təqdim edir.

Dövlətimizin başçısı ölkəmizin milli peyk operatoru "Azərkosmos" ASC-nin pavilyonu ilə də yaxından tanış oldu.

Bildirildi ki, 2010-cu ildə yaradılan "Azərkosmos" tərəfindən həyata keçirilən birinci layihə "Azerspace" geostasionar əlaqə peykinin buraxılışı və idarə olunmasıdır. Peyk Avropanı, Orta Asiyanı, o cümlədən Afrikanı əhatə edəcək.

Çinin ilk telekommunikasiya avadanlığı istehsalçılarından olan ZTE şirkəti xaricdə bazarlarını genişləndirməyi qarşısına məqsəd qoyub. Hazırda 70 min əməkdaşından 10 mindən çoxunun 107 ölkədə fəaliyyət göstərdiyi şirkət dünyanın 500-dən artıq aparıcı mobil operatoru və kommersiya şirkəti ilə əməkdaşlıq qurub.

"Azerfon" MMC-nin pavilyonu ilə tanışlıq zamanı diqqətə çatdırıldı ki, şirkət 2007-ci ildən fəaliyyət göstərir. "Nar Mobile" hazırda Azərbaycanın telekommunikasiya bazarının inkişafında mühüm rol oynayır və xidmət sektorunu daha da genişləndirir. İndi bu sıraya təyyarələrdə uçuş vaxtı mobil telefondan yararlanmaq və rabitə xidmətlərindən istifadə etmək imkanlarının yaradılması mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev sistemin ilk istifadəçisi kimi bu xidmət növünün imkanları ilə yaxından tanış oldu.

Sərgi çərçivəsində "Microsoft Windows 8" əməliyyat sistemi sınaqdan keçirilir, "Windows Server 2012" əməliyyat sisteminin üstünlükləri təqdim olunur. Nömrələrin daşınması sahəsində xidmətlər isə mobil rabitə operatorları üçün xüsusilə maraqlıdır. Ölkəmizdə istehsal olunan ilk "Nexus Azpad Android" planşet kompüteri və Azərbaycan dilində ilk antivirus proqramı da maraqla qarşılanır.

"Azercell" şirkətinin pavilyonu ilə tanışlıq zamanı diqqətə çatdırıldı ki, 1996-cı ildə yaradılan şirkət ölkənin mobil rabitə sektoruna bir sıra innovativ texnologiyaları və konsepsiyaları gətirməkdə davam edir. Prezident İlham Əliyevə şirkətin virtual kart, kommunal ödənişlərin həyata keçirilməsini və bəzi tibbi müayinələrin aparılmasını nəzərdə tutan yeni xidmətləri barədə məlumat verildi.

Sonra Prezident İlham Əliyev beynəlxalq jurnalist Bencamin Rahra müsahibə verdi.

- Sizi yenidən görmək çox xoşdur. Qarşıdakı illərdə yeni yataqların istismara verilməsi və daha çox kəmərlərin tikilməsi ilə Azərbaycan Avropanın mühüm enerji təchizatçısına çevriləcəkdir. Buna baxmayaraq, hökumət əsas diqqəti iqtisadiyyatın şaxələndirilməsinə yönəldib. "Azərbaycan - gələcək yüksək texnologiyalar mərkəzi" - Siz ölkənizi belə görürsünüz?

- Tamamilə doğrudur. Biz bunları planlaşdırırıq. Belə ki, bizim son illərdə əldə etdiyimiz uğurlar, iqtisadi yüksəliş göstərir ki, ölkəmizdə qeyri-energetika sektoru sürətlə inkişaf edir. Bu il enerji sektorunda bir qədər azalmaya baxmayaraq, qeyri-energetika sektorunun inkişaf göstəricisi 10 faizdən çox təşkil edib. Bu, bir daha onu göstərir ki, neft və qazdan əldə edilən gəlirlərdən iqtisadiyyatın şaxələndirilməsi üçün məqsədyönlü şəkildə istifadə olunması özünü doğruldur. Əlbəttə ki, informasiya-kommunikasiya texnologiyaları sahəsi bizim üçün prioritet sahələrdən biridir. Çünki bu sahə inkişaf, biznes, təhsil, şəffaflıq, gələcəyə aparan yol deməkdir. Mən çox məmnunam ki, hər il ölkəmizdə "BakuTel" sərgisi, eyni zamanda, bu gün Bakıda VII İnternet İdarəçilik Forumu keçirilir ki, bütün bunlar da Azərbaycanda bu sahədə görülmüş işləri əks etdirir.

İnformasiya-kommunikasiya texnologiyaları sahəsi böyük potensiala malikdir. Bizim bu sahəyə dəstək göstərilməsi ilə bağlı dövlət siyasətimiz vardır. Eyni zamanda, özəl sektor da bu sahədə çox fəal iştirak edir. Biz informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafına görə bölgədə artıq aparıcı ölkəyə çevrilmişik və gələcəkdə də bu mövqeyimizi saxlamaq və İKT bazarında qlobal oyunçulardan birinə çevrilmək əzmindəyik.

- Azərbaycan mobil telefon istifadəçilərinin sayına görə ən yüksək göstəricilərdən birinə malikdir. Son 20 il ərzində internetin bütün dünyanı bir araya gətirməsi kibercinayətkarlıq, terrorizm, hakerlik risklərini artırır. Bəzi ekspertlər iddia edirlər ki, din, su və ərazi məsələlərindən sonra müharibələrə səbəb olacaq növbəti amil internet ola bilər. Azərbaycan internetdən fayda və təhlükələr arasında necə balans yarada bilər ki, əhalinin internetdən istifadəsində məhdudiyyətlər qoyulmasında ittiham olunmasın?

- Bilirsiniz, inkişafımızın hazırkı mərhələsində məqsədimiz internet istifadəçilərimizin dünya informasiyasını əldə etmək imkanlarını artırmaqdan ibarətdir. Azərbaycanda internetdən istifadə tam azaddır. Hazırda internet istifadəçilərinin sayı 65 faizdən çoxdur. İndi biz Azərbaycanın hər bir kəndinin belə genişzolaqlı internet xidməti ilə təmin edilməsi üçün yeni sistem yaradırıq. Buna görə də informasiyanın sərbəst əldə olunması bizim əsas məqsədimizdir. Hazırda kibertəhlükəsizlik, azadlıqlar, qanun və bu kimi məsələlərin tənzimlənməsi bizim gündəliyimizdədir. Bakıdakı İnternet Forumunun müzakirə mövzularından biri də məhz azadlıqlar - ifadə azadlığı, informasiya azadlığı, insanların şəxsi azadlıqları, eyni zamanda, təhlükəsizlik və hüquqi baza arasında balansı müəyyən etmək olacaqdır. Düşünürəm ki, bu Forumdakı müzakirələr bununla bağlı bəzi yeni ideyalar yaradacaq və əlbəttə ki, biz bu yeni ideyalardan faydalanacağıq. Həmçinin, biz dünyadakı aparıcı ölkələrin bununla bağlı təcrübəsini də öyrənəcəyik. Onlar bu problemlərin həllini necə görürlər, dünyanın aparıcı demokratik dövlətləri bu məsələləri necə həll edəcəklər? Bütün bunlar bizim üçün çox önəmlidir.

- Ölkənizin əldə etdiyi uğurlar, - bunu başqa sözlə, Xəzərdə Silikon Sahillərin yaradılması da adlandırmaq olar, - Qərb və xarici investorlara hansı imkanları təklif edir?

- Biz beynəlxalq sərmayədarlar üçün açığıq. Azərbaycanda çox yaxşı investisiya mühiti var və adambaşına düşən birbaşa xarici investisiyanın həcminə görə ölkəmiz keçmiş sovet məkanında ən yüksək yerdədir. Biz neft və qaz sektoru, İKT, infrastruktur, tikinti sahələrinə investisiya qoyuluşunda daha çox maraqlıyıq. Şahidi olduğunuz kimi, hazırda Bakıda turizm infrastrukturuna investisiyalar qoyuluşunda böyük canlanma vardır. Demək olar ki, hər ay yeni beşulduzlu otellər açılır. Biz xarici şirkətlərin ölkəmizdə turizm sahəsinə investisiya qoymalarını alqışlayırıq. Biz, eyni zamanda, xarici investisiyaların stimullaşdırılması üçün də işlər görürük. Bizim hökumətimiz dövlət büdcəsi hesabına İKT sektorunda çox mühüm investisiya layihələrini maliyyələşdirir. Məqsəd yalnız hüquqi-normativ baza yaratmaq deyil, eyni zamanda, özəl sektorun da bu infrastruktur layihələrində iştirakını təmin etməkdir. "BakuTel"də iştirak edən dünya şirkətlərinin sayının artması da Azərbaycan bazarının cəlbedici olmasının yaxşı göstəricisidir. Azərbaycan İKT-nin inkişafına görə artıq regionda lider dövlətə çevrilib və əlbəttə ki, bu mövqe gələcəkdə daha da güclənəcəkdir.

- Sizin qarşınıza qoyduğunuz məqsədlər nədən ibarətdir? Növbəti illərdə nə qədər investisiya cəlb etməyi nəzərdə tutursunuz?

- Bilirsiniz, rəqəmlərlə bağlı konkret nəsə demək çətindir. Bizim strateji yanaşmamız bundan ibarətdir ki, İKT sektoru neft və qaz sektorundan sonra biznes mühiti, gəlir əldə edilməsi baxımından ikinci sektor olmalıdır. Bilirsiniz ki, neft və qaz ehtiyatları tükənən sərvətdir. İKT sektoru isə sonsuz inkişaf potensialına malikdir. Ona görə də bu sahə qarşıdakı 20 ildə iqtisadiyyatımızın aparıcı, bəlkə də ən əsas sahələrindən biri ola bilər. Bu baxımdan biz bu sahəyə özəl fondlardan milyardlarla ABŞ dolları məbləğində investisiya cəlb olunacağına ümid edirik və dövlətimiz yerli şirkətlərlə birgə prosesdə iştirak edəcəkdir.

- Sizə uğurlar arzulayırıq. Minnətdaram.

- Təşəkkür edirəm.

Foto: AzərTAc

Astarada meşə zolağında yanğın olub (FOTO)
Astarada meşə zolağında yanğın olub (FOTO)
Bakıda bacısını güllələyib öldürən məmur övladının məhkəməsi başlayır
Bakıda bacısını güllələyib öldürən məmur övladının məhkəməsi başlayır
Xızıda dayısını güllələyən şəxsin işi məhkəməyə göndərildi
Xızıda dayısını güllələyən şəxsin işi məhkəməyə göndərildi
Loading Bars
Xəbər lenti
"WhatsApp" tənqidlərə görə yeni qaydaların tətbiqini təxirə saldı
Yanvarın 18-dək ictimai nəqliyyat işləməyəcək
Müzəffər Ali Baş Komandan milli mənəviyyatımızın zirvəsi Şuşada - Azərbaycan xalqı, başını uca tut!
Yüksəl, Yüksəl... Mən də yüksəldim, ən uca zirvəyə... Şəhidlərin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." (FOTO)
ABŞ Kubanın Daxili İşlər Nazirliyinə qarşı sanksiya tətbiq edib
Britaniyada bir gündə koronavirusdan 1 280 nəfər ölüb
İsraildə 2 milyondan artıq insan koronavirusa qarşı vaksinasiya olunub
Dünyada koronavirusdan ölənlərin sayı 2 milyon nəfəri ötdü
Bu gün “Vikipediya” internet şəbəkəsinin yaradılmasının 20 ili tamam olur
Ölkə Prezidentinin tapşırıqlarının icrası ədliyyə orqanlarının diqqət mərkəzindədir
Ermənistan beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir - Leyla Abdullayeva
Cəbrayıl uğrunda döyüşən şəhid - Elvin Məmmədov (FOTO)
Azərbaycanda pandemiya dövründə bu sahədə gəlirlər artıb
Aİİ-nin rektoru Aqil Şirinov “Azərbaycanda dini plüralizmin tarixi” mövzusunda onlayn tədbirdə iştirak edib
Kainatın ən qədim planeti aşkar edilib
İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib
Ermənilər üçün ən optimal yol reallığı qəbul etməkdir - Politoloq
Şuşalılar: Prezidentimizi Şuşada görmək çox qürurvericidir - Trend TV-nin Ağdamdan reportajı
Nazir müavini Hidayət Abdullayev şəhid ailələri ilə görüşdü (FOTO)
Mühasirədə qaldıq, bir yolumuz var idi... – qazi Vüsal Qasımov (FOTO/VİDEO)
Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib
"DOSTTALKS - Vətən Müharibəsi" tədbiri keçirilib (FOTO)
Coca-Cola və ASAN Könüllüləri “Bir sifariş – Bir sevinc” layihəsi çərçivəsində 1500 ailəyə dəstək oldu! Aksiya davam edir (FOTO)
“YAŞAT” Fondu ciddi fiziki travma alan qazilərimizi uğurla əməliyyat etdirib (FOTO)
Astarada meşə zolağında yanğın olub (FOTO)
Sevil Mikayılova: İslam dini abidələrinə qarşı erməni vəhşiliyi dünya birliyi tərəfindən pislənməlidir
Azərbaycan Prezidenti: Cıdır düzündə armudu stəkanda çay, paxlava ilə, dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun! (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Bu gecə cəmi beş saat yatmışam, çünki Şuşaya qayıtmaq təkrarolunmaz bir hissdir
Prezident İlham Əliyev: Otuz il ərzində birinci dəfə Ali Baş Komandan Şuşaya gəlib, sözün düzü, Şuşadan getmək istəmir
ATƏT-in Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi təyin olunub
Azərbaycanın bu Dövlət Komissiyası ləğv edildi
Azərbaycan Minatəmizləmə Agentliyi yaradılıb
“ASAN xidmət”də şəhid və qazi ailələri üçün xüsusi xidmət təşkil edildi
"Tez qərar qəbul etmə xüsusiyyəti PAŞA Bankın güclü tərəfidir"
Monitorinq mərkəzində 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək - Çavuşoğlu
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
“Amnesty International” Ermənistanın beynəlxalq hüquq çərçivəsində cəzalandırılmasını gündəmə gətirməlidir - Vüqar Rəhimzadə
Ceyhun Bayramov finlandiyalı həmkarı ilə telefonla danışıb
Pandemiyadan sonra dünya əvvəlki vəziyyətinə qayıtmayacaq - BMT nümayəndəsi
Bölgələrdə 20 şəhid ailəsinə və əlilliyi olan şəxslərə yeni evlər verildi (FOTO)
UNEC-də konfrans: "Qarabağ iqtisadiyyatının dirçəlişində moda industriyası: real imkanlar və perspektivlər" (FOTO)
Güllələnmiş büstlərin Şuşaya qayıdışı möhkəm siyasi iradənin, mədəni irsimizə dərin ehtiramın təzahürüdür – Deputat
Polşa mediasında Qarabağ münaqişəsinin tarixi aspektlərindən yazılıb
Heç bir abonentə sərfiyyatdan artıq borc yazılmır - “Azəriqaz”
Vaksinasiyadan əvvəl sahə həkiminin yoxlanışından keçmək mütləqdir - İşçi qrupun üzvü
Ata yurduma ayaqyalın qayıtmağa hazıram - Böyük qayıdışı gözləyən məcburi köçkün (VİDEO)
Fizika İnstitutunun vəzifəsindən azad edilən direktoru açıqlama verdi
Niderland hökuməti istefa verir
Ağdam rayonunun Qasımlı kəndi (FOTO/VİDEO)
Birinci vitse-prezident Mehriban Əliyeva: Doğma, sevimli, əvəzolunmaz Şuşa! Tezliklə görüşənədək! (FOTO)
PAŞA Bank Visa kartınızla tibbi xidmətlərə endirim əldə edin!
Azərbaycanda 494 nəfər COVID-19-dan sağalıb, 349 nəfər yoluxub, 12 nəfər vəfat edib
Azercell-in dəstəklədiyi məktəblilərdən 2021-ci ildə ilk uğur
Şuşa səfəri qalibiyyətimizin və milli qürurumuzun növbəti təntənəsidir - Naqif Həmzəyev
“ASK Ayaqqabı Fabriki” MMC 2020-ci il üçün fəaliyyətinin nəticələrini açıqlayıb
Əfqanıstan Azərbaycana haqq işində həmişə dəstək verib - Səfir
Azərbaycanla Əfqanıstan arasında əlaqələrin perspektivləri müzakirə edilib
Bakı limanı Avropanın aparıcı limanı ilə əməkdaşlığa başlayıb
Bakıda bacısını güllələyib öldürən məmur övladının məhkəməsi başlayır
Azərbaycan və Belarus qarşıdakı ikitərəfli səfərlərin qrafikini müzakirə ediblər
Xızıda dayısını güllələyən şəxsin işi məhkəməyə göndərildi
Faktiki hava şəraiti açıqlanıb
Putin Təhlükəsizlik Şurasının iclasında Moskva görüşünü müzakirə edib
İmtahan sessiyası ilə bağlı monitorinqlərin nəticələri təhlil ediləcək - Nazirlik
Pedaqoji təcrübələr necə təşkil olunacaq?
“İnnovasiyalar Mərkəzi” 2020-ci ilin yekunları ilə bağlı hesabat verdi (FOTO)
2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması Azərbaycan mədəni irsinə göstərilən yüksək diqqətin təcəssümüdür - Deputat
Universitetlər tərəfindən onlayn kitabxanaların yaradılması vacibdir - Ekspert
Beynəlxalq maliyyə qurumları ilə koordinasiya görüşü keçirilib (FOTO)
İndoneziyada təbii fəlakətlərlə əlaqədar 15 min nəfər təxliyə edilib
RİİB-in Qarabağ regional bölməsi bundan sonra Şuşa şəhərində fəaliyyət göstərəcək
Distant dərslərdə sui-istifadə hallarına yol verən müəllimlərin qeydiyyatı aparılır
Binəqədidə qanunsuz fəaliyyət göstərən süd və süd məhsullarının istehsalı müəssisəsi aşkarlanıb (FOTO)
Tələbə köçürmələri zamanı bu tələbələrin bəzi imtahan nəticələri nəzərə alınmaya bilər
Prezident İlham Əliyev: Son 17 ildə yetişən gənclər bu torpaqları azad etdilər
Prezident İlham Əliyevdən beynəlxalq təşkilatlara müraciət: Hesabatı burada hazırlayın, öz kabinetlərinizdə yox
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa RİH binası, Natəvan bulağı, Bülbülün ev muzeyi ilə də tanış olublar
Prezident İlham Əliyev: Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək
İmtahanların təşkilində güzəştlərin olması ilə bağlı TƏKLİFLƏR var
Prezident İlham Əliyev: Bu gün Şuşaya gələrkən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini gətirmişəm
Prezident İlham Əliyev: Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq
Prezident İlham Əliyev: 1992-ci ilin mayında AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa işğal altına düşdü
Nyu-Yorkda tanınmış rəssam Aida Mahmudovanın PASTPRESENTFUTURE adlı sərgisi açılıb (FOTO)
Azərbaycanda gələn həftədən Çin istehsalı olan peyvənddən istifadə olunacaq - İbrahim Məmmədov
Prezident İlham Əliyev: Şuşanı Cıdır düzüsüz, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil
Prezident İlham Əliyev: Molla Pənah Vaqifin məqbərəsinin düz 39 il bundan əvvəl açılışı olmuşdur, bu yerdə mən də durmuşdum
Azərbaycan Prezidenti: Dahi şəxsiyyətlərimizin büstlərini əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar
Prezident İlham Əliyev: Məscidləri dağıdanla müsəlman ölkələrinin liderləri necə dost ola bilərlər?
Azərbaycan Prezidenti: Dedim ki, büstləri biz ancaq Şuşanı azad edəndən sonra gətirib öz yerlərində qoyacağıq və öz yerlərində də qoyduq
İranda 83 nəfər koronavirusdan ölüb
Qazaxıstanın yeni baş nazirinin adı açıqlanıb
AİB-in Mərkəzi və Qərbi Asiya regional departamentinə yeni baş direktor təyin olunub
Premium Visa kart sahiblərinə ödənişsiz COVID-19 testi
Prezident İlham Əliyev Şuşa şəhərindəki Saatlı məscidinə “Qurani-Şərif” hədiyyə edib
Azərbaycan Prezidenti: Yaxın zamanlarda biz Şuşanın bərpasını planlı şəkildə təmin edəcəyik
Prezident İlham Əliyev: Bütün təzyiqlərə, bütün telefon zənglərinə, baxmayaraq, dedim ki, sona qədər gedəcəyik
Azərbaycan Prezidenti: Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm
ADU-nun rektoru Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri ilə görüşüb (FOTO)
Prezident İlham Əliyev: Böyük qayıdış başlayır, bütün işlərə start verildi
Ermənistan rəhbərliyi yaranmış reallığı adekvat qiymətləndirə bilmir
Bütün xəbərlər