...

Siyavuş Novruzov: ICAPP-ın Bakıda keçiriləcək Baş Assambleyasına hazırlıq işləri yüksək səviyyədə aparılır

Siyasət Materials 12 Noyabr 2012 17:45 (UTC +04:00)
Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) Bakıda keçiriləcək 7-ci Baş Assambleyasına hazırlıq işləri yüksək səviyyədə aparılır.
Siyavuş Novruzov: ICAPP-ın Bakıda keçiriləcək Baş Assambleyasına hazırlıq işləri yüksək səviyyədə aparılır

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir M.Əliyev/

Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) Bakıda keçiriləcək 7-ci Baş Assambleyasına hazırlıq işləri yüksək səviyyədə aparılır. Trend-in məlumatına görə, bu barədə hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib.

Novruzov deyib ki, artıq tədbirdə iştirakla bağlı ayrı-ayrı ölkələrin siyasi partiyaları tərəfindən məktublar daxil olub və həmin partiyalar ICAPP-ın 7-ci Baş Assambleyasında iştiraklarını təsdiq edirlər.

Onun sözlərinə görə, bu nüfuzlu tədbirdə 50-dən çox ölkədən 400-ə yaxın nümayəndə iştirak edəcək.

"Noyabrın 20-dən etibarən qonaqlar ölkəmizə gəlməyə başlayacaqlar. Demək olar ki, həmin tədbirin keçirilməsinə tam şəkildə hazırıq. Ümumiyyətlə, ayrı-ayrı ölkələrdə də ICAPP-ın tədbirləri olub. Amma hesab edirəm ki, ölkəmizdə keçirilən tədbir ən yüksək səviyyədə baş tutacaq. Azərbaycanda keçirilən bütün beynəlxalq tədbirlər daim yüksək səviyyədə olub", - YAP icra katibinin müavini vurğulayıb.

O qeyd edib ki, YAP ICAPP-ın ən fəal üzvlərindəndir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti