...

AŞ PA həmməruzəçisi Azərbaycana səfər edəcək

Siyasət Materials 24 Noyabr 2012 08:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 noyabr /Trend/

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Pedro Aqramunt (İspaniya) noyabrın 26-28-də ölkəyə səfər edəcək.

Trend-in AŞ PA-nın cümə günü yaydığı bəyanata istinadən verdiyi məlumata görə, səfərin məqsədi Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsini qiymətləndirilməkdir.

Bakıda Aqramunt Prezident İlham Əliyev, Milli Məclisin sədri, xarici işlər, daxili işlər və ədliyyə nazirləri və parlamentdə təmsil olunan partiyaların liderləri, həmçinin qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə görüşlər keçirəcək.

Aqramuntun təqdim edəcəyi məruzə Assambleyanın 2013-ci il yanvarın 21-25-də keçiriləcək növbəti sessiyasında müzakirə ediləcək.

Noyabrın 28-də həmməruzəçi Avropa Şurasının Bakı ofisində mətbuat konfransı keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti