...

Azərbaycan Prezidenti Serbiya Baş nazirinin müavinini qəbul edib

Siyasət Materials 26 Noyabr 2012 20:35 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Serbiya Baş nazirinin müavini, xarici və daxili ticarət, telekommunikasiyalar naziri, Serbiya-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının həmsədri Rasim Lyayiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Prezidenti Serbiya Baş nazirinin müavinini qəbul edib

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Serbiya Baş nazirinin müavini, xarici və daxili ticarət, telekommunikasiyalar naziri, Serbiya-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının həmsədri Rasim Lyayiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan ilə Serbiya arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı ölkələrimizin mövcud tərəfdaşlıq əlaqələrinin bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyanın növbəti iclasının əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından önəmini qeyd etdi. Dövlətimizin başçısı ölkələrimizin beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığının daha da genişləndirilməsinin zəruriliyini vurğuladı.

Serbiya Baş nazirinin müavini, xarici və daxili ticarət, telekommunikasiyalar naziri, Serbiya-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının həmsədri Rasim Lyayiç Serbiya Prezidenti Tomislav Nikoliçin salamlarını dövlətimizin başçısına çatdırdı. Ölkələrimiz arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan qonaq ikitərəfli əməkdaşlığımızın genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etdi. Azərbaycanın Serbiyada həyata keçirdiyi müxtəlif layihələrə görə minnətdarlığını ifadə edən Rasim Lyayiç əməkdaşlığımızın daha da möhkəmləndirilməsində bu layihələrin rolunu vurğuladı.

Dövlətimizin başçısı Prezident Tomislav Nikoliçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Serbiya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti