...

Azərbaycanda rabitə qaydaları əleyhinə olan inzibati xətaların dairəsi genişləndirilir

Siyasət Materials 7 Dekabr 2012 12:29 (UTC +04:00)
Azərbaycanda rabitə qaydaları əleyhinə olan inzibati xətaların dairəsi genişləndirilir. Milli Məclisdən Trend-ə bildirilib ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişiklik haqqında qanun layihəsi hazırlanıb.
Azərbaycanda rabitə qaydaları əleyhinə olan inzibati xətaların dairəsi genişləndirilir

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda rabitə qaydaları əleyhinə olan inzibati xətaların dairəsi genişləndirilir. Milli Məclisdən Trend-ə bildirilib ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişiklik haqqında qanun layihəsi hazırlanıb.

Həmin layihədə qeyd olunur ki, Məcəlləyə İMEİ nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara xidmət göstərənlər də inzibati məsuliyyətə cəlb olunacaqlar.

Bu əmələ görə vəzifəli şəxslər 2 min manat, hüquqi şəxslər 10 min manat miqdarında cərimələnəcəklər.

Bu əməl il ərzində inzibati tənbeh almış şəxs tərəfindən törədilərsə, vəzifəli şəxslər 4 min, hüquqi şəxslər 20 min manat miqdarında cərimələnəcəklər.

Telekommunikasiya şəbəkələrinin mobil cihazların qeydiyyat sisteminə qoşulmasının və uyğunlaşdırılmasının təmin edilməməsi də inzibati məsuliyyət yaradacaq.

Bu inzibati xətaya görə vəzifəli şəxslər 5 min, hüquqi şəxslər 25 min manat miqdarında cərimələnəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti