...

Qusar-Ləzə avtomobil yolunun açılışı olub (FOTO)

Siyasət Materials 20 Dekabr 2012 22:17 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 20-də Qusar-Ləzə avtomobil yolunun açılışında iştirak etmişdir.
Qusar-Ləzə avtomobil yolunun açılışı olub (FOTO)

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 20-də Qusar-Ləzə avtomobil yolunun açılışında iştirak etmişdir.

Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, Şahdağ qış-yay turizm kompleksinin tikintisi zamanı yol infrastrukturunun yenidən qurulmasına da xüsusi diqqət yetirilmişdir. Azərbaycan Prezidentinin tapşırığına əsasən, Şahdağ qış-yay turizm kompleksinə gedən avtomobil yolu genişləndirilmiş, körpülər salınmış, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri həyata keçirilmişdir. Görülən tədbirlər ilin bütün fəsillərində turistlərin kompleksə gediş-gəlişini asanlaşdırmışdır.

Dövlətimizin başçısı yolun texniki göstəricilərini əks etdirən stendlərə baxdı.

Bildirildi ki, yolun inşasına Nəqliyyat Nazirliyinin sifarişi ilə 2007-ci ildə başlanılmışdır. İkizolaqlı yolun uzunluğu 39 kilometr, eni 8 metrdir. Yol üzərində ümumi uzunluğu 318 metr olan 8 körpü inşa olunmuşdur.

Prezident İlham Əliyev Qusar-Ləzə avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti