...

Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun rəhbər əməkdaşları Daşkəsəndə əsgər ölümü ilə bağlı bölgəyə ezam olunublar

Siyasət Materials 10 Yanvar 2013 18:15 (UTC +04:00)
Azərbaycanın Müdafiə Nazirliyi və Hərbi Prokurorluğu əsgər Ceyhun Qubadovun ölüm faktı ilə bağlı birgə bəyanat yayıblar.
Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun rəhbər əməkdaşları Daşkəsəndə əsgər ölümü ilə bağlı bölgəyə ezam olunublar

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın Müdafiə Nazirliyi və Hərbi Prokurorluğu əsgər Ceyhun Qubadovun ölüm faktı ilə bağlı birgə bəyanat yayıblar.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nazirliyin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində həqiqi hərbi xidmətə çağırılmış Ceyhun Zaman oğlu Qubadovun 7 yanvar 2013-cü il tarixdə ölümü ilə əlaqədar Azərbaycan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.2-ci (Qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Baş vermiş ölüm faktı ilə bağlı istintaqın gedişatı xüsusi nəzarətə götürülüb.

Bununla əlaqədar Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun rəhbər əməkdaşları müvafiq araşdırmaların aparılması məqsədilə bölgəyə ezam olunublar.

Cinayət işi üzrə istintaq-əməliyyat qrupu tərəfindən qısa müddət ərzində tam, hərtərəfli istintaq aparılmaqla təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması təmin olunacaq və bu barədə ictimaiyyətə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti