...

MAQATE-nin nümayəndə heyəti danışıqlar üçün Tehrana gəlib

Siyasət Materials 13 Fevral 2013 04:40 (UTC +04:00)
MAQATE-nin nümayəndə heyəti İranın nüvə proqramı üzrə aparılan danışıqların növbəti mərhələsində iştirak etmək üçün Tehrana gəlib.
MAQATE-nin nümayəndə heyəti danışıqlar üçün Tehrana gəlib

Azərbaycan, Bakı, 13 fevral /Trend/

MAQATE-nin nümayəndə heyəti İranın nüvə proqramı üzrə aparılan danışıqların növbəti mərhələsində iştirak etmək üçün Tehrana gəlib. RİA Novosti xəbər verir ki, bir müddət öncə İranın xarici işlər naziri Əli Əkbər Salehi bildirib ki, beynəlxalq təşkilatın nümayəndələri İranda "Parçin" obyekti üzrə əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Qeyd edək ki, yanvar ayının ortalarında MAQATE-nin nümayəndələri Tehranda hakimiyyət təmsilçilərilə keçirilmiş görüşün nəticəsiz başa çatdığını söyləyiblər. Agentlik, həmçinin, bildirib ki, onların mütəxəssisləri Parçin şəhərindəki hərbi bazaya daxil olmağa razılıq ala bilməyiblər. Danışıqların hədəfi isə İranın nüvə probleminə struktur yanaşma üçün qəti razılığın əldə edilməsidir.

Xəbər lenti

Xəbər lenti