...

NATO Əfqanıstan prezidentinin qərarını dəstəkləyib

Siyasət Materials 17 Fevral 2013 17:06 (UTC +04:00)
NATO qüvvələrinin Əfqanıstandakı komandanı general Cozef Danford bu ölkənin prezidenti Həmid Kərzainin yaşayış məntəqələrində əfqan silahlı qüvvələrinin apardığı hərbi əməliyyatlara alyansın hava dəstəyi verməsi üçün aviasiyadan istifadəni qadağan edən qərarını dəstəkləyib.
NATO Əfqanıstan prezidentinin qərarını dəstəkləyib

Azərbaycan, Bakı, 17 fevral /Trend/

NATO qüvvələrinin Əfqanıstandakı komandanı general Cozef Danford bu ölkənin prezidenti Həmid Kərzainin yaşayış məntəqələrində əfqan silahlı qüvvələrinin apardığı hərbi əməliyyatlara alyansın hava dəstəyi verməsi üçün aviasiyadan istifadəni qadağan edən qərarını dəstəkləyib. Trend RBK-ya istinadən xəbər yayır ki, general beynəlxalq koalisiyanın əfqan ordusuna dəstəyini başqa metodlarla da verə biləcəyini bildirib.

O, əlavə edib ki, NATO dinc əhali arasında itkilər olmadan hərbi əməliyyatlar keçirmək üçün kifayət qədər təcrübəyə sahiblənib.

Xatırladaq ki, Əfqanıstan prezidenti Həmid Kərzai Kunar vilayətində avia zərbə nəticəsində əsasən, qadınlar və uşaqlardan ibarət 10 dinc sakinin həlak olmasından sonra NATO-nun bu ölkədə hərbi əməliyyatlar zamanı aviasiyadan istifadə etməsini qadağan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti