...

Ədliyyə Nazirliyi Gülər Əhmədovaya hər hansı güzəştin edilib-edilməməsinə münasibət bildirib

Siyasət Materials 27 Fevral 2013 13:56 (UTC +04:00)
Ədliyyə Nazirliyi Penitensiar Xidməti həbsdə saxlanılan sabiq millət vəkili Gülər Əhmədovaya keçmiş vəzifəsi ilə əlaqədar ona hər hansı güzəştin edilib-edilməməsinə münasibət bildirib.
Ədliyyə Nazirliyi Gülər Əhmədovaya hər hansı güzəştin edilib-edilməməsinə münasibət bildirib

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir İ.İzzət/

Ədliyyə Nazirliyi Penitensiar Xidməti həbsdə saxlanılan sabiq millət vəkili Gülər Əhmədovaya keçmiş vəzifəsi ilə əlaqədar ona hər hansı güzəştin edilib-edilməməsinə münasibət bildirib.

Trend-in məlumatına görə, Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov çərşənbə günü jurnalistlərə bildirib ki, kimliyindən və vəzifəsindən asılı olmayaraq, bu məsələdə heç kimə güzəşt edilə və heç kimin imtiyazı ola bilməz.

Qeyd edək ki, Əhmədova fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevi deputat seçilməsinə kömək etmək üçün onu yalan vədlərlə aldadaraq bir milyon ABŞ dollarını ələ keçirməklə dələduzluq edib. Dələduzluq maddəsi təsdiqlənərsə, Əhmədovaya 7-12 il, cinayəti gizlətmə maddəsinə görə isə 2-5 min manat və ya 3 ilədək həbs cəzası verilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti