...

Ekspertlər "Arktika sammiti"ndə regionun gələcəyini müzakirə edəcəklər

Siyasət Materials 12 Mart 2013 02:07 (UTC +04:00)
Norveçin paytaxtı Oslo şəhərində keçiriləcək "Arktika sammiti"ndə 150-dən artıq hakimiyyət, biznes və ekspert cəmiyyətlərinin təmsilçiləri enerji, nəqliyyat insfrastrukturu və ətraf mühitin mühafizəsi məsələləri prizmasında regionun gələcəyini müzakirə edəcək.
Ekspertlər "Arktika sammiti"ndə regionun gələcəyini müzakirə edəcəklər

Azərbaycan, Bakı, 12 mart /Trend/

Norveçin paytaxtı Oslo şəhərində keçiriləcək "Arktika sammiti"ndə 150-dən artıq hakimiyyət, biznes və ekspert cəmiyyətlərinin təmsilçiləri enerji, nəqliyyat insfrastrukturu və ətraf mühitin mühafizəsi məsələləri prizmasında regionun gələcəyini müzakirə edəcək. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, bu yığıncaq Arktika şurası ölkələrinin nazirlər səviyyəsində keçiriləcək görüşə hazırlıq xarakteri daşıyır.

Məlumatda deyilir ki, təbii resurslar üzrə mübarizə, iqlimin dəyişməsinə təsir, yeni ticarət istiqamətlərinin müəyyənləşdirilməsi və s. mövzular üzrə müzakirələr aparılacaq.

Tədbirdə Norveçin xarici işlər nazirliyinin dövlət katibi Torqeyr Larsen, Statoil şirkətinin Arktika departamentinin rəhbəri Runi Hansen, Norveçin Ümumdünya vəhşi təbiət fondunun rəhbəri, Arktika şurasının sədri Qustaf Lind və Rusiyanın Arktika şurasındakı münayəndəsi, xarici işlər nazirliyinin xüsusi məsələlər üzrə səfiri Anton Vasileviç iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti