...

Marqaret Tetçerin dövlət səviyyəsində dəfn olunması üçün imza toplanılır

Siyasət Materials 9 Aprel 2013 16:29 (UTC +04:00)
Böyük Britaniyanın keçmiş Baş naziri Marqaret Tetçerin dəfn mərasimi televiziya vasitəsilə canlı yayımlanacaq. Bu barədə Trend İTAR-TASS-a istinadən məlumat verir.
Marqaret Tetçerin dövlət səviyyəsində dəfn olunması üçün imza toplanılır

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Böyük Britaniyanın keçmiş Baş naziri Marqaret Tetçerin dəfn mərasimi televiziya vasitəsilə canlı yayımlanacaq. Bu barədə Trend İTAR-TASS-a istinadən məlumat verir.

Tetçerin son mənzilə yola salınması mərasimində onun nəşinin aparıldığı yolda hərbçilər, donanma və hərbi hava qüvvələri "canlı zəncir" yaradacaqlar.

Bir sıra dövlət mənbələri qeyd edirlər ki, mərasim dövlət əhəmiyyətli xarakter daşımasa da, Kraliça II Elizabet protokolu pozaraq dəfn mərasimini ziyarət edəcək.

Eyni zamanda, Böyük Britaniyada Marqaret Tetçerin dövlət səviyyəsində dəfn olunması üçün imzatoplama aksiyası başlayıb. Bunun leyinə Britaniya parlamentinin Mühafizəkarlar Partiyasının deputatları da çıxış ediblər.

Tetçer öz vəsiyyətində iqtisadi böhran amilini əsas gətirərək dövlət səviyyəsində dəfnin əleyhinə olduğunu bildirmişdi.

Marqret Tetçerin dəfn mərasiminin vaxtı hələ dəqiqləşməyib. Gözlənilir ki, mərasim aprelin 17-si və ya 18-də baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti