...

Davudoğlu: İraqın Türkiyə ilə yaxınlaşmaq istəyi inandırıcı deyil

Siyasət Materials 12 Aprel 2013 13:50 (UTC +04:00)
Ankara hesab edir ki, İraqın Türkiyə ilə siyasi yaxınlaşmaq və əməkdaşlığın möhkəmləndirilməsi istəyi inandırıcı deyil.
Davudoğlu: İraqın Türkiyə ilə yaxınlaşmaq istəyi inandırıcı deyil

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir A.Tağıyeva/

Ankara hesab edir ki, İraqın Türkiyə ilə siyasi yaxınlaşmaq və əməkdaşlığın möhkəmləndirilməsi istəyi inandırıcı deyil. Trend-in məlumatına görə, bu barədə Türkiyə XİN rəhbəri Əhməd Davudoğlunın çıxışına istinadən "TRT Haber" telekanalı xəbər yayıb.

"İraqın Baş naziri Nuri əl-Malikinin Türkiyə ilə münasibətləri möhkəmləndirmək istəyi barədə sözləri bizə inandırıcı gəlmir. Bu əl-Malikinin özünəməxsus manevridir", - Davudoğlu bildirib.

XİN rəhbərinin sözlərinə görə, İraq höküməti, ilk növbədə ölkə rejimini demokratikləşdirməli, bütün etnik qrupların dinc şəkildə yaşaması üçün lazımı şərait yaratmalıdır.

Ötən həftə əl-Malikinin rəsmi saytında yerləşdirilən bəyanatda bildirilib ki, İraq əsasını ümumi xeyir, qarşılqlı hörmət və mehriban qonşuluq münasibətləri təşkil edən siyasi yaxınlaşmanı razılıqla qarşılayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti