...

Baş Qərargah: İran ordusu prezident seçkilərində hadisələrin istənilən gedişatına hazırdır

Siyasət Materials 22 Aprel 2013 15:30 (UTC +04:00)
İran Silahlı Qüvvələri qarşıdakı prezident seçkilərində hadisələrin gedişatının istənilən ssenarisinə hazırdır.
Baş Qərargah: İran ordusu prezident seçkilərində hadisələrin istənilən gedişatına hazırdır

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İran Silahlı Qüvvələri qarşıdakı prezident seçkilərində hadisələrin gedişatının istənilən ssenarisinə hazırdır. Trend-in bazar ertəsi ISNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran SQ Baş Qərargah rəisi, general Seyid Həsən Firuzabadi deyib.

"Silahlı Qüvvələrimiz belə problemlərin həllində kifayət qədər təcrübəyə malikdir. 2009-cu il prezident seçkilərindən sonra Silahlı Qüvvələr mümkün risklərlə tanışdırlar və necə mübarizə aparmağı bilirlər", - Firuzabadi qeyd edib.

O bildirib ki, ordu siyasətə qarışmır. Fəlakət anı vəziyyətin təhlili üçün vaxt olmur. İran ordusu qarşıdakı seçkilərə ciddi hazırlıq işləri görür.

Qeyd edək ki, İranda növbəti prezident seçkilərinin bu il iyunun 14-də keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti