...

Səfir: Heydər Əliyev azərbaycanlılara ölkəni və Rusiya ilə gözəl münasibətləri miras qoyub

Siyasət Materials 7 May 2013 20:11 (UTC +04:00)
Heydər Əliyev azərbaycanlılara ölkəni və Rusiya ilə gözəl münasibətləri miras qoyub.
Səfir: Heydər Əliyev azərbaycanlılara ölkəni və Rusiya ilə gözəl münasibətləri miras qoyub

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir E.Tariverdiyeva/

Heydər Əliyev azərbaycanlılara ölkəni və Rusiya ilə gözəl münasibətləri miras qoyub. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Rusiya Əməkdaşlıq Mərkəzində Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş fotosərginin açılışında Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib.

"Müstəqil Azərbaycanın formalaşmasında Heydər Əliyevin rolunu qiymətləndirməmək olmaz. Əgər Heydər Əliyev olmasaydı, müasir Azərbaycan və Rusiya ilə müasir münasibətlər də olmazdı", - Doroxin bildirib.

Onun sözlərinə görə, Heydər Əliyev Rusiya liderləri ilə, o cümlədən Prezident Vladimir Putinlə birgə bu gün də mövcud olan dövlətlərarası münasibətlərin əsasını qoyan böyük siyasi lider idi.

"Bu prinsiplər məlumdur: qarşılıqlı olaraq suverenliyin tanınması və hörmət və şəxsi maraqları nəzərə alaraq münasibətlərin qurulması. Biz böyük siyasətçinin yubileyini qeyd etməyi özümüzə borc bildik. Biz onun Rusiyaya necə yanaşdığını, rus mədəniyyətini necə sevdiyini və qiymətləndirdiyini bilirik. Biz bunu yaxşı xatırlayırıq", - rusiyalı diplomat bildirib.

Sərgidə Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edən sənədlər təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti