Azərbaycan, Bakı, 21 may /Trend/
Azərbaycanın Çexiyadakı səfirliyinin və Dünya Azərbaycanlı Gənclər Birliyinin dəstəyi ilə Çexiyanın paytaxtı Praqa şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubiley gecəsi qeyd olunub.
Birlikdən Trend-ə verilən məlumata görə, yubiley Praqa Azərbaycanlı Gənclər Tələbə Assosiasiyasının (AYSAP) təşkilatçılığı ilə keçirilib.
Tədbir çərçivəsində ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən sənədli film, həmçinin "Əsrin Müqaviləsi" Bakı-Tiflis-Ceyhan neft boru kəməri haqqında film nümayiş etdirilib. Tədbirdə yerli ictimai xadimlər, diaspor nümayəndələri, xarici qonaqlar və Polşada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Sözügedən tədbir Azərbaycan xalq mahnıları, ulu öndər Heydər Əliyevə həsr olunmuş slaydın təqdimatı ilə başa çatıb.