...

ABŞ Prezidenti "Şahdəniz" layihəsində iştirak edən İran şirkətlərini sanksiyalardan azad edib

Siyasət Materials 4 İyun 2013 13:51 (UTC +04:00)
ABŞ Prezidenti Barak Obama İrana qarşı sanksiyaların sərtləşdirilməsi və İran hökümətinin beynəlxalq öhdəlikləri yerinə yetirmədiyinə görə təcrid edilməsi üzrə sərəncamı təsdiq edib. Bu barədə Ağ Evin Mətbuat xidməti xəbər verib.
ABŞ Prezidenti "Şahdəniz" layihəsində iştirak edən İran şirkətlərini sanksiyalardan azad edib

Azərbaycan, Bakı, 4 iyun / Trend, müxbir S.Əhmədova /

ABŞ Prezidenti Barak Obama İrana qarşı sanksiyaların sərtləşdirilməsi və İran hökümətinin beynəlxalq öhdəlikləri yerinə yetirmədiyinə görə təcrid edilməsi üzrə sərəncamı təsdiq edib. Bu barədə Ağ Evin Mətbuat xidməti xəbər verib.

Sözü gedən sanksiyaların hədəfində İran valyutasının alqı-satqısı üzrə əməliyyatlar aparan xarici maliyyə təşkilatları var.

Eyni zamanda, İran hökumətinə maddi dəstək göstərən şəxslərə qarşı da sanksiyalar nəzərdə tutulub.

Məlumatda bildirilir ki, Azərbaycanın "Şahdəniz" qaz yatağından Avropa və Türkiyəyə təbii qaz nəql edən boru layihəsində iştirak edən İran şirkətlərinə istisnalar tətbiq olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti