...

Azərbaycan Prezidentinin “Facebook” səhifəsində vətəndaşların sualları cavablandırılacaq

Siyasət Materials 6 İyun 2013 13:55 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi "Facebook" səhifəsində müxtəlif sahələr üzrə məsul şəxslərin iştirakı ilə vətəndaşları maraqlandıran məsələlərlə bağlı verilən suallar cavablandırılacaq.
Azərbaycan Prezidentinin “Facebook” səhifəsində  vətəndaşların sualları cavablandırılacaq

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir İ.İzzət/

Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi "Facebook" səhifəsində müxtəlif sahələr üzrə məsul şəxslərin iştirakı ilə vətəndaşları maraqlandıran məsələlərlə bağlı verilən suallar cavablandırılacaq.

Trend-in xəbərinə görə, bu barədə həmin "Facebook" səhifəsind (www.facebook.com/PresidentIlhamAliyev) məlumat yerləşdirilib:

"2013-cü il Azərbaycanda İnformasiya Texnologiyaları ili olduğunu nəzərə alaraq ilk mövzunu bu sahəyə həsr edirik. Suallarınızı bu statusa şərhlər (comment) vasitəsi ilə bizə ünvanlaya bilərsiniz. Nəzərinizə çatdırırıq ki, suallar 6-10 iyun, 2013-cü il tarixləri ərzində qəbul ediləcək və hamısı tədricən cavablandırılacaqdır. Eyni məzmunlu sualların təkrarlanmasına yol verməmək məqsədi ilə sual verməmişdən öncə sizdən öncə verilən sualları nəzərdən keçirin. Bununla bərabər şərhlər vasitəsi ilə sizi maraqlandıran mövzuları və ya sahələri təklif edə bilərsiniz ki, biz növbəti mövzu seçimimizdə sizin istəklərinizi nəzərə alaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti