...

Fələstinin xarici işlər naziri Azərbaycan Diplomatik Akademiyasında olub

Siyasət Materials 10 İyun 2013 22:49 (UTC +04:00)
İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin XİN rəhbərlərinin konfransında iştirak etmək üçün Bakıda səfərdə olan Fələstin Dövlətinin xarici işlər naziri Riyad Malki iyunun 10-da Azərbaycan Diplomatik Akademiyasında (ADA) olub.
Fələstinin xarici işlər naziri Azərbaycan Diplomatik Akademiyasında olub

Azərbaycan, Bakı, 10 iyun /Trend/

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin XİN rəhbərlərinin konfransında iştirak etmək üçün Bakıda səfərdə olan Fələstin Dövlətinin xarici işlər naziri Riyad Malki iyunun 10-da Azərbaycan Diplomatik Akademiyasında (ADA) olub.

ADA-dan Trend-ə verilən məlumata görə, Azərbaycan xarici işlər nazirinin müavini, ADA rektoru səfir Hafiz Paşayevlə görüş zamanı tərəflər Fələstinlə Azərbaycan arasında münasibətlərin inkişaf etidirlməsi ətrafında fikir mübadiləsi aparıb, xüsusilə də təhsil sahəsində əlaqələrin qurulmasının vacibliyini vurğulayıblar. Diplomatik Akademiyada hazırda 22 ölkədən xarici tələbənin təhsil aldığını diqqətə çatdıran səfir H.Paşayev xarici tələbələr üçün ADA Beynəlxalq Təqaüd Proqramının mövcudluğunu qeyd edib və Fələstindən də tələbələrin gələcəkdə ADA-da oxuyacağına ümidini bildirib.

R.Malki təhsil sahəsində münasibətlərin tələbə və müəllim mübadiləsi proqramları vasitəsilə inkişaf etidirilməsi təklifini dəstəkləyib, iki xalqın biri-birini daha yaxından tanıması üçün qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi zərurəti barədə söz açıb. O, Azərbaycana sonuncu səfərindən bəri paytaxtımızın sürətlə inkişaf edərək bir az da dəyişdiyini diqqətə çatdırıb və Azərbaycan Diplomatik Akademiyasının yeni tədris mərkəzinin bu inkişafın bariz nümunəsi olduğunu söyləyib.

Görüşdən sonra fələstinli nazir Azərbaycan Diplomatik Akademiyasının yüksək texnoloji standartlara uyğun tikilən tədris mərkəzi ilə tanış olub, Akademiyaya ölkədə ali təhsil standartlarının yüksəldilməsi səylərində uğurlar arzu edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti