...

Ankarada aksiyaçılarla polis arasında qarşıdurma olub

Siyasət Materials 18 İyun 2013 03:03 (UTC +04:00)
Gezi Parkla bağlı bir qrup şəxs Kennedi küçəsində barrikada quraraq, yolu kəsmək istəyərkən, polisin müdaxiləsinə məruz qalıb.
Ankarada aksiyaçılarla polis arasında qarşıdurma olub

Azərbaycan, Bakı, 18 iyun /Trend/

Gezi Parkla bağlı bir qrup şəxs Kennedi küçəsində barrikada quraraq, yolu kəsmək istəyərkən, polisin müdaxiləsinə məruz qalıb.

Trend "Anadolu" agentliyinə istinadən məlumat verir ki, axşam saatlarında Tunalı Hilmi küçəsindən Kennedi küçəsinə yürüş etmiş qruplar qurduqları barriakadalara od vrurublar.

Polisin dağılmaqla bağlı tələblərinə daşlarla qarşılıq verən qrupların hərəkətlərinə son vermək üçün gözyaşardığı qazdan və su sırnaqlarından istifadə edilib.

Yandırılmış barrikadalar təmizlənərək, yol açılıb.

Qeyd edək ki, hadisə yerində bir vətəndaşın səhhətində problemlər yaranıb.

Polisin ilkin yardımından sonra şəxs xəstəxanaya aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti