...

Əhməd Davudoğlu: Türkiyə Taksim meydanındakı hadisələrin öhdəsindən gələcək

Siyasət Materials 18 İyun 2013 10:04 (UTC +04:00)
Türkiyə Taksim meydanında baş verən hadisələrin və onun fəsadlarının öhdəsindən gələcək.
Əhməd Davudoğlu: Türkiyə Taksim meydanındakı hadisələrin öhdəsindən gələcək

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir R. Hafizoğlu/

Türkiyə Taksim meydanında baş verən hadisələrin və onun fəsadlarının öhdəsindən gələcək. Trend-in çərşənbə axşamı "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.

Davudoğlunun sözlərinə görə, Taksim meydanı və Gezi parkında baş verən etiraz aksiyalarının əsas məqsədi türk xalqının iradəsini sındırmaqdır.

Nazir qeyd edib ki, türk xalqı soyuqqanlılığını və özünəinamını itirməməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti