...

Azərbaycan millət vəkilinin ATƏT PA-da qətnamə təşəbbüsü böyük dəstək alıb

Siyasət Materials 18 İyun 2013 19:05 (UTC +04:00)
ATƏT PA-nın mətbuat xidməti iyunun 17-də Kopenhagendən Azərbaycanın millət vəkili Azay Quliyevin müəllifi olduğu “ATƏT regionunda vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi” adlı qətnamə layihəsi barədə press reliz yayıb.
Azərbaycan millət vəkilinin ATƏT PA-da qətnamə təşəbbüsü böyük dəstək alıb

Azərbaycan, Bakı, 18 iyun /Trend/

ATƏT PA-nın mətbuat xidməti iyunun 17-də Kopenhagendən Azərbaycanın millət vəkili Azay Quliyevin müəllifi olduğu "ATƏT regionunda vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi" adlı qətnamə layihəsi barədə press reliz yayıb.

Trend-in məlumatına görə, yayılan açıqlamada qeyd olunur ki, "vətəndaş cəmiyyətinin hər zaman müzakirələrə əlavə dəyər gətirdiyini" deyən millət vəkilinin ATƏT PA-ya təklif etdiyi qətnamədə üzv dövlətlər QHT-lər və digər vətəndaş cəmiyyəti institutları ilə daha sıx dialoqa və əməkdaşlığı gücləndirməyə çağırılıb. "QHT-lər yalnız müşahidəçi kimi yox, həm də qərar vermə prosesində aktiv rol oynamalıdılar", - deyə A.Quliyev vurğulayıb.

21 ölkədən olan 56 parlament üzvü tərəfindən dəstəklənən qətnamə layihəsi, həmçinin ATƏT-ə üzv olan ölkələri QHT-lər üçün informasiya resurslarından istifadə məhdudiyyətlərini aradan qaldırmağa və onların maliyyə resurslarının şəffaflığını artırmağa çağırır.

Sözügedən qətnamə layihəsi bu il iyunun 29-dan iyulun 3-dək ATƏT PA-nın İstanbulda keçiriləcək illik sessiyasında səsverməyə qoyulacaq. Açıqlamada o da bildirilir ki, illik sessiyada qəbul olunan qətnamələr ATƏT-in gələcək siyasətinin formalaşdırılmasına kömək edir.

Xatırladaq ki, Azay Quliyevin müəllifi olduğu qətnamə layihəsi ATƏT PA-nın İstanbul sessiyasında müzakirəyə çıxarılan 29 qətnamə layihəsi içərisində dəstək aldığı ölkələrin sayına görə ABŞ-dan sonra ikinci yerdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti