...

Gülsel Səfərova: Ermənistanın moldovalı ombudsmanın həqiqətləri söyləməsinə bu cür aqressiv reaksiyası onun əsl üzünü göstərir

Siyasət Materials 6 İyul 2013 15:27 (UTC +04:00)
Moldovalı ombudsman Aureliya Qriqoriunun Ermənistandan buraxılmaması sübut edir ki, bu ölkə öz yalan "həqiqətləri"ndən başqa, ikinci reallığı, fikri görmək istəmir.
Gülsel Səfərova: Ermənistanın moldovalı ombudsmanın həqiqətləri söyləməsinə bu cür aqressiv reaksiyası onun əsl üzünü göstərir

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir E.Mehdiyev/

Moldovalı ombudsman Aureliya Qriqoriunun Ermənistandan buraxılmaması sübut edir ki, bu ölkə öz yalan "həqiqətləri"ndən başqa, ikinci reallığı, fikri görmək istəmir. Bu barədə Trend-ə Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova deyib.

Səfərova qeyd edib ki, bu fakt Ermənistanda insan hüquqlarının olmaması, digərlərinin insan hüquqlarını kobud şəkildə pozması deməkdir: "Ermənistan artıq neçənci dəfədir ki, öz ölkəsində xaricilərin insan hüquqlarını pozur. Burada biz BMT-nin İnsan Hüquqları Konvensiyasını yada salmalıyıq. Halbuki BMT-nin bir üzvü də Ermənistandır".

O, moldovalı ombudsmanın başına gələn bu vəziyyətin mütləq şəkildə Avropa institutlarına çatdırılmasının vacibliyini vurğulayıb. O deyib ki, Ermənistanın bu cür çirkin əməlləri hələ bundan sonra da davam edəcək: "Biz bilirik ki, hər zaman erməni tərəfi Azərbaycan həqiqətlərinə qıcıqla yanaşır, çünki Azərbaycanın 20 faiz ərazisini işğal edən, Azərbaycanda çox böyük cinayətlər törədən, ən birincisi, Xocalı soyqırımını təşkil edən və yüzlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetirən bir tərəfdir. Bu reallıqdır. Dünya birliyinə artıq bu reallıqlar çatdırılır".

Səfərova bildirib ki, moldovalı ombudsmanın Ermənistan parlamentində həqiqətləri söyləməsinə Ermənistan hökumətinin bu cür aqressiv, bu cür narahatlıqla dolu reaksiyası onun əsl üzünü bir daha göstərir.

Qeyd edək ki, moldovalı ombudsman Aureliya Qriqoriu Ermənistan parlamentində Xocalı soyqırımının ermənilər tərəfindən törədildiyini və bu faktın beynəlxalq ictimaiyyət tərəfindən tanındığını bəyan edib. Parlamentdə çıxışından sonra Aureliya Qriqoriu Ermənistandan buraxmırlar və ölümlə təhdid edərək təcrid vəziyyətində saxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti