...

Türkiyə polisi qanunsuz aksiyaların keçirilməsinə imkan verməyəcək

Siyasət Materials 6 İyul 2013 21:55 (UTC +04:00)
Türkiyənin daxili işlər naziri Muammer Gülər deyib ki, parklarda, əsas yollarda toplantıların və yürüşlərin keçirilməsinə imkan verilməyəcək. Bu haqda Trend "Anadolu" agentliyinə istinadən məlumat verib.
Türkiyə polisi qanunsuz aksiyaların keçirilməsinə imkan verməyəcək

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Türkiyənin daxili işlər naziri Muammer Gülər deyib ki, parklarda, əsas yollarda toplantıların və yürüşlərin keçirilməsinə imkan verilməyəcək. Bu haqda Trend "Anadolu" agentliyinə istinadən məlumat verib.

Məlumata görə, Gülər bildirib ki, parklarda toplantıların keçirilməsinə yol verə bilmərik və verməyəcəyik.

"Toplantı və yürüş olmadan Gezi Parkdan istədikləri kimi istifadə edə bilərlər. Çadırların qurulmasına imkan verməyəcəyik. Qanunsuz toplantı və yürüş olsa, polislə, hər cür maşın və texnika ilə orada olacağıq. Hazırda İstanbulda təkrar qanunsuz aksiyalara təhriklər var. Polis də buna icazə vermir. Bu olduqca təbiidir" - deyə Gülər əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti