Azərbaycan, Bakı, 8 iyul /Trend/
Misirin fəaliyyətdə olan baş naziri Xişam Kandil ölkədə baş verənlərə etiraz olaraq, istefa verib. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, bu barədə Kandil Facebook səhifəsində yazıb.
"Mən istefa ilə bağlı ərizəmi iyulun 3-də yazmışam, lakin onun yeni hökumətin formalaşdırıldığı vaxtda qüvvəyə minməsinə cəhd göstərməmişəm. Hazırda hesab edirəm ki, bu vəziyyətdə hökumət rəhbəri vəzifəsinin icrası mümkün deyil və xahiş edirəm istefamı 8 iyul 2013-cü il tarixindən qəbul edəsiniz" - deyə Kandil bildirib.