...

Türkiyədə Gezi parkı olayları ilə bağlı həbslərin ikinci dalğası başlayıb

Siyasət Materials 12 İyul 2013 13:12 (UTC +04:00)
Türkiyənin İzmir, Bursa, Manisa və Balıkəsir şəhərlərində İstanbulun Gəzi parkında keçirilən nümayişlərə dəstək olaraq keçirilən etiraz aksiyaları ilə bağlı həbslərin ikinci dalğası olub.
Türkiyədə Gezi parkı olayları ilə bağlı həbslərin ikinci dalğası başlayıb

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin İzmir, Bursa, Manisa və Balıkəsir şəhərlərində İstanbulun Gəzi parkında keçirilən nümayişlərə dəstək olaraq keçirilən etiraz aksiyaları ilə bağlı həbslərin ikinci dalğası başlayıb. Trend-in məlumatına görə, bu barədə "Sabah" qəzeti xəbər yayıb.

Ölkənin təhlükəsizlik qüvvələrinin 16 ünvanda keçirdiyi əməliyyatlar nəticəsində 15 nəfər saxlanılıb. Onlar qarşıdurmaların təşkilində və dövlət binaları, özəl müəssisələrə hücumda şübhəli bilinir.

Türkiyə təhlükəsizlik qüvvələri bildirirlər ki, saxlanılanlar arasında solçu terror təşkilatlarının üzvləri də var.

Daha əvvəl bildirilmişdi ki, Türkiyədə etiraz aksiyaları zamanı 944 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti