...

İstanbulda Gezi parkı hadisələri ilə əlaqədar həbslərin növbəti dalğası başlayıb

Siyasət Materials 16 İyul 2013 12:53 (UTC +04:00)
Bu gün Türkiyənin İstanbul şəhərindəki Gezi parkında bu yaxınlarda baş vermiş hadisələrlə əlaqədar həbslərin növbəti dalğası başlayıb.
İstanbulda Gezi parkı hadisələri ilə əlaqədar həbslərin növbəti dalğası başlayıb

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir A.Tağıyeva/

Bu gün Türkiyənin İstanbul şəhərindəki Gezi parkında bu yaxınlarda baş vermiş hadisələrlə əlaqədar həbslərin növbəti dalğası başlayıb. Bu barədə Trend "Sabah" qəzetinə istinadən məlumat yayıb.

Ölkənin təhlükəsizlik qüvvələrinin 100-dən artıq ünvanda keçirdiyi əməliyyatlar nəticəsində 30 nəfər saxlanılıb.

Hazırda əməliyyatlar davam edir.

Daha əvvəl bildirilmişdi ki, Türkiyədə etiraz aksiyaları zamanı 944 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti