...

ABŞ-ın “Washington Diplomat” qəzeti Azərbaycan Diplomatik Akademiyasının fəaliyyətindən bəhs edib

Siyasət Materials 17 İyul 2013 09:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyul / Trend, müxbir S.Əhmədova /

ABŞ-ın "Washington Diplomat" qəzetində Azərbaycan Diplomatik Akademiyasının (ADA) fəaliyyətinə həsr olunmuş geniş məqalə dərc edilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın ABŞ-dakı Səfirliyinin məlumatnda deyilir.

Məqalədə ADA-nın məqsədlərindən biri kimi "region və dünya miqyaslı innovativ liderlər hazırlamaq olduğu göstərilərək 2007-ci ildə yaradılmış Diplomatik Akademiyanın çox qısa müddət ərzində inkişaf etdiyi, Azərbaycan və onun xaricində böyük nüfuz qazandığı qeyd edilir.

Burada həmçinin ADA-nın yeni müasir kampusunun istifadəyə verildiyi, burada müxtəlif sahələrdə bakalavr və magistr dərəcəli üzrə proqramların həyata keçirildiyi və dünyanın 20-dən artıq ölkəsindən 280 tələbənin burada təhsil aldığı bildirilir.

Eyni zamanda cari ilin may ayında Bakıda keçirilmiş ABŞ-Azərbaycan Konvensiyası çərçivəsində üç yüzdən artıq ABŞ rəsmisinin ADA-ya gələrək Universitetin fəaliyyəti ilə tanış olduğu vurğulanıb.

Sözügedən məqalədə erməni lobbisinin ABŞ-da Azərbaycana qarşı apardığı təbliğat nəticəsində Azərbaycan müstəqilliyini bərpa etdikdən sonrakı ilk illərdə Amerika ictimaiyyətinə ölkəmiz barədə həqiqəti çatdırmaqda müəyyən çətinliklərin olduğu qeyd edilir. Bu kontekstdə məqalədə ADA-nın rektoru Hafiz Paşayevin sözlərinə istinad edilir: "Hal-hazırda vəziyyət xeyli dəyişib. Mən şadam ki, Azərbaycanla ABŞ arasında möhkəm dostluq münasibətlərinin Vaşinqtonda qurulması prosesini başlatmışdım. Bu siyasət hər iki ölkənin maraqındadır."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti