...

DİN: Türkiyə polisi qanun çərçivəsində hərəkət edib

Siyasət Materials 18 İyul 2013 13:19 (UTC +04:00)
Türkiyə polisi öz hərəkətlərində heç vaxt demakratiyadan kənara çıxmayıb və qeyri-qanuni heç nə tətbiq etməyib.
DİN: Türkiyə polisi qanun çərçivəsində hərəkət edib

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir A.Tağıyeva/

Türkiyə polisi öz hərəkətlərində heç vaxt demakratiyadan kənara çıxmayıb və qeyri-qanuni heç nə tətbiq etməyib. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin daxili işlər naziri Müəmmər Gülər bildirib.

Gülər bildirib: " Gezi parkında baş verən olaylar zamanı polislər tərəfindən qeyri-qanuni heç nə tətbiq edilməyib. Polis qanunvericilikdə nəzərdə tutulan səlahiyyətlər çərçivəsində hərəkət edib".

Nazirin sözlərinə görə, bu yaxınlarda Türkiyədə baş verən olaylar zamanı polislərə qarşı təxribat törətmək cəhdləri olub, lakin polislər bu təxribatlara uymayıb.

Hakimiyyət nümayəndələrinin sözlərinə görə, Türkiyədə üç həftədən artıq davam edən etiraz aksiyaları dövlət əleyhinə yönəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti