Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir A. Tağıyeva/
Türkiyənin 5 vilayətində Gezi parkında baş vermiş hadisələrlə əlaqədar növbəti həbs dalğası olub. Bu barədə Trend çərşənbə axşamı "Sabah" qəzetinə istinadən məlumat verir.
Ölkənin Təhlükəsizlik Xidmətinin nümayəndələrinin Ankara, İzmir, Mersin, Samsun və Tuncelidə keçirdikləri əməliyyatlar nəticəsində 10-dan artıq nəfər saxlanılıb.
Əməliyyatın davam etdiyi bildirilir.