...

Əli Əliyev: Tbilisidə keçirilən görüşün nəticələri ilə Milli Şura bir daha uğursuz layihə olduğunu ortaya qoydu

Siyasət Materials 31 İyul 2013 12:16 (UTC +04:00)
Tiflisdə keçirilən görüşün nəticələri ilə Milli Şura bir daha uğursuz layihə olduğunu ortaya qoydu.
Əli Əliyev: Tbilisidə keçirilən görüşün nəticələri ilə Milli Şura bir daha uğursuz layihə olduğunu ortaya qoydu

Azərbaycan, Bakı, 31 iyul / Trend, müxbir M.Əliyev/

Tbilisidə keçirilən görüşün nəticələri ilə Milli Şura bir daha uğursuz layihə olduğunu ortaya qoydu. Bu barədə çərşənbə günü Trend-ə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib.

Ə.Əliyev bildirib ki, Şura tərəfindən təşkilat mərhələsində cəmiyyətə verilən vədlərin heç birinə əməl olunmur: "İki aya yaxındır ki Milli Şura təsis olunub, lakin biz bunların səfərlərinin təşkil olunmasından başqa heç bir əməli fəaliyyət görmürük".

VİP sədri qeyd edib ki, xarici güclərə söykənən istənilən layihə uğursuzluğa düçar olacaq: "Dünənə qədər Qərbin əlində alət olmağa üstünlük verən Azərbaycanın müxalif qüvvələrinin bir hissəsi indi də Rusiyanın əlində alət olmağa qərarlıdırlar. Və bu aləti də o dövlətlər hakimiyyətlə ticarət üçün əllərində saxlayırlar. Uzun illərdir Azərbaycan müxalifətinin bir hissəsi bu ssenari ilə hərəkət edir və hər seçkidə də uğursuzluqla üzləşir. Onlar indi yeni istiqamət seçiblər və görünən odur ki, Rusiya Prezidenti Vladimir Putin onlara Kremldən verilməli olan dəstəyi vermir, onlar isə həmin dəstəyin gözləntisi ilə yaşayırlar".

Ə.Əliyev bildirib ki, hazırkı mərhələdə ABŞ, Avropa İttifaqı, İran və Rusiyanın maraqları Azərbaycanın bugünkü hakimiyyətinin maraqları ilə uzlaşır, çünki onlar bu bölgədə sabitlik istəyirlər.

Ə.Əliyevin sözlərinə görə, Azərbaycan xalqının dəstək vermədiyi bir layihə uğurlu ola bilməz, böyük dövlətlər isə Azərbaycan xalqının maraqlarını tam təmin edə bilməzlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti