...

Prezident İlham Əliyev İsmayıllı rayonunda səfərdədir (FOTO)

Siyasət Materials 14 Avqust 2013 13:02 (UTC +04:00)
Avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfərə gəlib.
Prezident İlham Əliyev İsmayıllı rayonunda səfərdədir (FOTO)

Azərbaycan, Bakı, 14 avqust /Trend/

Avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı əvvəlcə İsmayıllı şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Qasımov Prezident İlham Əliyevə Ulu Öndərin adını daşıyan mədəniyyət və istirahət parkında yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Bu istirahət mərkəzində qısa müddətdə böyük abadlıq-quruculuq işləri görülmüş, fəvvarələr quraşdırılmış, yaşıllıq salınmışdır.

Prezident İlham Əliyev parkda yaradılmış şəraitdən razılığını bildirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti