...

Azərbaycan Qlobal Gənclər Sammitində təmsil olunacaq

Siyasət Materials 3 Sentyabr 2013 16:53 (UTC +04:00)
Azərbaycan sentyabrın 8-12-də Kosta Rikada keçiriləcək Qlobal Gənclər Sammitində təmsil olunacaq.
Azərbaycan Qlobal Gənclər Sammitində təmsil olunacaq

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

Azərbaycan sentyabrın 8-12-də Kosta Rikada keçiriləcək Qlobal Gənclər Sammitində təmsil olunacaq.

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatından (AGAT) Trend-ə verilən məlumata görə, ölkəmizi sammitdə AGAT sədri Gülsel Səfərova təmsil edəcək.

Bütün dünya dövlətlərinin fəal gənclərinin təmsil olunduğu bu sammitdə gənclərin qərar qəbuletmə prosesində iştirakı, beynəlxalq siyasətə təsiri və informasiya texnologiyalarının gənclərə təsiri əsas prioritet mövzular olacaq.

G.Səfərova sammit çərçivəsində təşkil olunacaq "Gənclər, İKT və innovasiya" panelində çıxış edərək ölkəmizin İKT üzrə əldə etdiyi uğurlar, əsasən, yeni yaranmış İKT Fondu, kommunikasiya və informasiya texnologiyaları üzrə həyata keçirilən dövlət proqramları və gənclərın İKT-dən aktiv şəkildə istifadə etməsi barədə danışacaq.

AGAT sədri, eyni zamanda, tədbir çərçivəsində debatlarda iştirak edəcək, Azərbaycanda aparılan uğurlu gənclər siyasəti barədə dünya gənclərinə məlumat verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti